Dünya 23.07.2025

ABŞ mətbuatından İstanbul zəlzələsi üçün həyəcan təbili: Vaxt daralır, Ayasofya təhlükədə

ABŞ mətbuatından İstanbul zəlzələsi üçün həyəcan təbili: Vaxt daralır, Ayasofya təhlükədə

İstanbul, dünyanın ən böyük və ən qədim metropolislərindən biri olaraq, 16 milyonluq əhalisi ilə yanaşı, Ayasofiyadan Yerebatan Sarnıcınadək minillik tarixi ilə bəşəriyyət mədəniyyətinin yaddaşı kimi də önə çıxır. Lakin bu misilsiz irs, hazırda böyük bir təhlükə ilə üz-üzədir: elm adamlarına görə, İstanbulda hər an 7 baldan yuxarı güclü bir zəlzələ baş verə bilər. Bu, yalnız binaları deyil, bütöv bir sivilizasiyanı yerlə bir edə bilər.

Ayasofya Riski

ABŞ-ın aparıcı qəzetlərindən "Washington Post", İstanbulun zəlzələ həqiqətini və tarixi strukturların bu təhdidə nə qədər hazırlıqsız olduğunu vurğulayan diqqətçəkən bir dosya dərc edib. Xəbərdə qeyd olunur ki, şəhərin simvoluna çevrilmiş tarixi abidələr böyük bir sarsıntı qarşısında dayana bilməz. Təhlükədə olan tikililərin başında isə Ayasofya gəlir. 1500 illik bu nəhəng yapı, keçmişdə bir çox zəlzələyə müqavimət göstərsə də, mütəxəssislər növbəti böyük sarsıntının onu da dağıda biləcəyi barədə xəbərdarlıq edirlər. Geofizika mütəxəssisi Tomas L. Pratt, "Ayasofya kimi ağır və nəhəng tikililərə seysmik izolyator yerləşdirmək demək olar ki, qeyri-mümkündür" deyərək təhlükənin miqyasını vurğulayıb.

Yerebatan Sarnıcı və Digər Abidələr də Təhlükə Altında

Məqaləyə görə, zəlzələ riski daşıyan tikililər yalnız Ayasofya ilə məhdudlaşmır. Yerebatan Sarnıcının da böyük bir sarsıntıda ciddi ziyan görə biləcəyi bildirilir. Yeraltı nəhəng quruluşun torpaq mayeləşməsinə və çökmələrə qarşı olduqca həssas olduğu ifadə edilir. Bununla yanaşı, Osmanlı dövründən günümüzə qədər gəlib çatmış Çinili Hamam kimi tarixi hamamlar da risk altındadır. Onların bərpa işləri tamamlanmış olsa da, seysmik gücləndirmə baxımından bu tikililər kifayət qədər təhlükəsiz deyil.

İstanbul: Saatlı Bomba

Həm türk, həm də xarici mütəxəssislər, İstanbulun sanki bir saatlı bomba üzərində oturduğu fikrində həmfikirdirlər. "Washington Post"a danışan zəlzələ mütəxəssisləri, şəhərin tarixi rayonlarındakı yüzlərlə binanın xaricdən möhkəm görünsə də, ən kiçik bir sarsıntıda belə yerlə bir olacağını iddia edirlər.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz