“Evlərinizə rədd olun!”
Diva Bülent Ersoy sosial media hesabında etdiyi paylaşım ilə sənət dünyasındakı həmkarlarını ciddi şəkildə tənqid edib. Ersoy, “Səsiniz yoxdursa, insanları aldatmayın” deyərək onlara səslənib.
Sənətçi öz paylaşımında bunları qeyd edib:
“Millətin dəvətlilərlə belə doldura bilmədiyi Antalya Açıq Hava Səhnəsini aslanlar kimi zəngin bir şəkildə doldurdum, hətta daşırdım. Konsertdə texnologiyanın arxasına sığınaraq ‘oxuyormuş kimi’ edib xalqı aldadın, saxtakarlıq edən siz musiqiçilərə səslənirəm: Mənə baxın, adam olun! Səsiniz yoxdursa, insanları aldatmayın; rədd olun, gedin evlərinizə!”
“74 yaşında bir qadın, texnologiyanın heç bir nemətindən faydalanmadan, ana-ata üsulu ilə boğazını parçalayarcasına oxuya bilirsə; baxın, xalqa hörmət, alın təri, dürüstlük və vicdanlılıq budur. Əsl canlı performans budur.”
“Mən bu bitikləri səsimlə basdıraram”
“Ah Müzeyyen ablam, ah… Mənim canım ustadım, ablam… Ah Zəki bəyciyim, ah… Bu gün yaşanan bu rəzillikləri, xalqı aldatmağı, yalançılığı və saxtakarlıqları görsəydiniz, musiqi adına içiniz qan ağlayardı. Amma heç narahat olmayın, yatağınızda huzurla yatın; çünki onların hamısının öhdəsindən ancaq mən gələrəm və gəlirəm də zatən…
“Bir zamanlar nə demişdim: Mən bu bitikləri bilgimlə döyər, səsimlə basdıraram!”
“Oxuya bilmirsiniz!”
“Ey oxuya bilməyənlər, səsini itirmiş olanlar… Sizə deyirəm, ey yalancılar, sizlər! Elə ağız oynadaraq xalqı aldada bilməzsiniz. Nitekim, keçən günlərdə aldığım çox sağlam bir xəbəri də hörmətli musiqi sevərlərə çatdırmaq istəyirəm: O ‘çox qiymətli’ deyilən bir sənətkarın səhnədə icra etdiyi səsyazma ifası zamanı, salonda olan tamaşaçılar ‘Biz səsyazma dinləməyə gəlmədik, elə olacaqdısa kaseti qoyar dinləyərdik’ deyərək ən ön masalarını tərk edib oyun salonuna keçdilər… Bu hal, bir çox musiqiçilərin üzləşdiyi reallığı göstərir.
“Çox üzülürəm… Çoooxxx… Yazıq ki, bunlar həqiqətən də nəhəng, böyük adlardır… Canlı performans edə bilmirsiniz! Oxuya bilmirsiniz! Oxuya bilmirsiniz!”
“Hazıra dağ dayanmaz”
“Keçmişdəki birikimlərinizdən yeyirsiniz, amma unutmayın ki, hazıra dağ dayanmaz, qızlar! Yoxsa sizi belə etiraz edərlər, xalqın şilləsini də yeyərsiniz!”
İfaçı qeyd edib ki, son Antalya Açıq Hava konsertində də yenidən, hamısına tokatı basıb. Bülent Ersoy, “Çünki mən, zəfərlərin qadınıyam! Haydı evlərinizə… Hayde!” sözləri ilə fikrini tamamlayıb. Bu, onun əsl canlı performans ustası olduğunu bir daha sübut edir.

Leave a Reply