) istifadə etməmək tövsiyə olunur. Elnarə Qasımova həbsdə rəis müavininin xain hədəsi

Elnarə Qasımova həbsdən yazır: “Rəis müavini dəhlizdə “tapacam o xaini, görüm, kim yemək ötürür onlara” deyə-deyə gəzirdi”

Elnarə Qasımova həbsdən yazır: “Rəis müavini dəhlizdə “tapacam o xaini, görüm, kim yemək ötürür onlara” deyə-deyə gəzirdi”

Aclıq aksiyasına başlayacağımızla bağlı izahat yazdıranda bildirdilər ki, üçümüz də təcrid ediləcəyik. Aclığın ilk günü yığdığım zəruri əşyalarımı otaqdan çıxardılar. Rəis müavini Əhəd Abdıyev dedi ki, Penitensiar Xidmətdən nümayəndə gəlib, onun qəbuluna gedəcəyik.

Onunla birlikdə inzibati binaya getdik. Rəis müavini oradakı otaqlardan birində gözləməyimizi dedi. 2 saata yaxın vaxt keçdi, amma ortalıqda nə rəis müavini var idi, nə də Penitensiar Xidmətdən gələn nümayəndələr.

Daha sonra Əhəd Abdıyev gəlib dedi ki, “gələnlər sizi qəbul edəsi olmadı”. Əvəzində dəhlizdə dayanan və Penitensiar Xidmətdən gəldiyini bildirən bir adam əlindəki vərəqə baxıb ayaqüstü “qərarınız qətidir?” soruşmaqla kifayətləndi. 

Qəbul adı ilə aparılmağımız həm də bizi korpusdan uzaqlaşdırıb kameralarda yerdəyişmə etmək üçün idi. 

Mən 2 nəfər üçün nəzərdə tutulan kamerada saxlanılıram. Bundan əvvəlki aclıq aksiyamızda məni kamerada saxlayıb otaq yoldaşımın yerini dəyişdirmişdilər. Bu dəfə isə otaqdan mənim çıxarılacağım məlum oldu.  

Korpusa qayıdanda gördüm ki, alternativlər olsa da, otaq yoldaşımı da kameradan çıxarıblar. Otaqdakı əşyalarımızı da çıxarmalı olduğu üçün, bu, ona əlavə yük oldu.

Yerləşdirildiyim kamerada duş sistemi yox idi. İlk gündən desəm də, yalnız 4 gün sonra köhnə duş başlığı göndərdilər.

Havalandırma sistemi olmadığından yayda bir az nəfəs ala bilmək üçün pəncərələrin şüşələri çıxarılır. Amma bu otaqda şüşələrin, demək olar, hamısı yerində idi. 

Otaqda işıq yox idi, lampanın bağlandığı naqil xarab idi və lampa da yox idi. İşıq üçün usta istəyəndə xeyli təkidlərdən sonra ustanı “tapdılar”.

Televizorun işləməsi üçün lazım olan cihaz yox idi, sökülənin yerinə yenisi qoyulmamışdı. Həmin gün sonradan bunu da həll etdilər.

Yerləşdirildiyim kamera natəmiz idi. Günortadan axşam saat 8-ə qədər otağı yığışdırıb yerləşməyə çalışdım. Sonrakı günlərdə getdikcə halsızlaşacağımızı, immunitetimizin düşəcəyini nəzərə alıb əməkdaşlardan otaqlarımızın təmizlənməsi üçün bizə kömək etməyi təklif edən yoldaşlarımıza icazə verilmədi. 

Təcrid edildiyim otağa köçürüldüyüm gün həmin otağın “sakinləri” əvvəldən “şmon” (red.: axtarış) əməkdaşlarının müşayiəti ilə əşyalarımı, o cümlədən qida məhsullarımı oradan çıxarmışdılar. Belə hallarda “şmon” əməkdaşları orada hər yeri yoxlayıb yeyinti məhsullarının qalmadığına əmin olur. Amma mən otağa yerləşdiriləndə şkafın bir bölməsində xeyli yeyinti məhsullarının qaldığını gördüm. Nəzarətçini çağırıb bu haqda bildirdim və təsərrüfat işçisinin vasitəsilə qalan məhsulları otaqdan göndərdim. 

Kameraya yerləşdiriləndə gəzinti yerinin qapısını bağlı saxlamışdılar. Üçümüzün də etirazlarından sonra müəssisə rəhbərinə məruzə edib qapını açdılar. 

Aclığın ikinci günü səhər yenə eyni hal yaşandı. Səhər yoxlanışı zamanı bütün kameraların gəzinti yerinin qapısı açılır. Amma səhər nəzarətçi kameramın qapısına yaxınlaşanda digər əməkdaşa dedi ki, “soruş, gör, bura açılacaq?” Səhər yoxlanışı bitəndən sonra əməkdaşlar gəzinti yerinin açılması tələbinə cavab olaraq dedilər ki, “rejim rəisinə demişik, o da müavinə deyəcək.  Ola bilsin, özləri gəlib açacaqlar”.

Bir müddət sonra xəbər çıxmadığını görəndə nəfəslikdən “proqulları açın” deyə qışqırmağa başladım. Sevinclə Nərgiz də eyni tələblə qışqırandan sonra bizə dedilər ki, gəzinti yeri bir azdan açılacaq. Təxminən 1 saata yaxın vaxt keçdikdən sonra qapıları açdılar. 

Aclıqda olduğumuz müddət ərzində bizim korpusa həm gündüz, həm gecə növbəsinə əlavə əməkdaşlar verilmişdi. Otaq yoldaşlarımızdan qalan əşyalarımızdan nələrisə istəyəndə həmin əməkdaşlar əşyaların nə olduğunu məruzə edirdilər. Razılıq alandan sonra bizə gətirirdilər. Təhvil verməzdən əvvəl isə mütləq şəkildə hər şey yoxlanılırdı.

Təmizlik vasitələrinin isə yalnız hissə-hissə, 1-2 istifadəlik verilməsinə icazə var idi. Bəzi əşyalar isə müzakirələrdən sonra “işlət, qaytar” prinsipi ilə verilirdi. Məsələn, saçımı qurutmaq üçün otaq yoldaşımdan fen istəyəndə bu halla üzləşmişdim.

Qanuna, həm də daxili intizam qaydalarına əsasən, əməkdaşlar aclıq edən şəxslərə gündə 3 dəfə yemək təklif edib imtina ilə bağlı qeydlər aparmalıdırlar. Lakin onlar işlərinə aid digər qaydalardan xəbərsiz olduqları kimi bundan da xəbərsiz idilər.

Təcridxanada etiraz edən həbs edilmiş şəxslərə (bu daha çox siyasi məhbuslara tətbiq edilir-E.Q.) qarşı işlədilən məşhur üsul var, digər dustaqları o adamların üzərinə qaldırmaq. Müəssisə rəhbərinin göstərişi ilə bu üsulun tətbiqi bizdən də yan keçməmişdi. 

Əvvəlcə soyuq suyun verilmə müddəti qısaldıldı. İsti su günündə isə su verilmədi. Digər həbs edilmiş şəxsləri məhrumiyyətlərlə üz-üzə qoyub səbəbkar kimi bizi göstərdilər.

Aclıqda olduğumuz müddət ərzində gecə növbəsində qalan əməkdaşlar bizi yoxlamadı. Huşumuzu itirsəydik, bundan yalnız səhər yoxlanışında xəbər tutacaqdılar.

Görüş günü sovqatın buraxılmasında süni əngəllər yaradıldı. Əvvəlcə salfetləri, təmizlik vasitələrini buraxmaqda maneə yaratdılar. Elnur İsmayılov bilmirdi ki, bizi təmiz olmayan kameralara yerləşdirəndə bizə təmizlik vasitələri lazım olacaq? Görüşdəki əməkdaşlara dedim ki, bunu rəislərinə də çatdırsınlar. Bir az sonra qərara gəldilər ki, həmin əşyalar otaq yoldaşıma, sular isə mənə veriləcək. 

İyulun 28-də səhər saatlarında rəis müavini Cavid Güləliyev bir əməkdaş və həkimlə kameraya gəldi. Yanındakı əməkdaş otağı axtarmağa başladı. Cavid Güləliyev, çox güman, aclıq etdiyimizə şübhə ilə yanaşıb bu yola əl atmışdı. Həkim təzyiqimi ölçdü, normal olduğunu eşidən Güləliyev dedi ki, “yəqin kimsə bunlara “zavtrak” verir, bu qədər vaxta bu nə təzyiqdir”. Yaxşı olardı ki, Cavid Güləliyev “axtarış performansını” otağa yerləşdirildiyim gün də əməkdaşlarından tələb edərdi. Oynayan təzyiqimizin həmin an normada olduğunu görən rəis müavini yəqin buna görə xeyli məyus olmuşdu. Təzyiqimi ölçəndən sonra həkim qan analizi götürdü. Rəis müavini dəhlizdə “tapacam o xaini, görüm, kim yemək ötürür onlara” deyə-deyə gəzirdi. 

Bir neçə saat sonra həkim gəlib dedi ki, qan şəkərim xeyli düşüb və sistem qoşmağı təklif etdi. Bundan imtina etdim.

Axşam 19:00-da aclığı sonlandırmaqla bağlı ərizələri təqdim etdik. Bir az sonra bir-bir rəis müavini Ceyhun Hacıyevin qəbuluna aparıldıq və aclığı dayandırmaqla bağlı izahat yazdıq. Bundan sonra otaqlarımıza qaytarıldıq. Otaq yoldaşımı qaldığı müvəqqəti kameradan tələsik çıxardılar, o, özü ilə lazım ola biləcək qida məhsullarını götürə bilmədi.

İyulun 28-də aclığı dayandırmaqla bağlı izahat yazdığımız otaqda gecə növbəsinin həkimi var idi. Amma həmin an oradakı mövcudluğunun səbəbi bilinmədi. Çünki həkim aclığı dayandırandan sonra necə qidalanmaq lazımdır, nələrə diqqət edilməlidir və digər məsələlər barədə danışmağı lüzum görmədi. Adətən gecələr təzyiqini ölçdürmək istəyən dustaqlara “yanımda təzyiqölçən yoxdur” deyən həkimdən bundan artığını gözləmək absurd olardı.

Elnarə Qasımova

Comments

11 responses to “Elnarə Qasımova həbsdən yazır: “Rəis müavini dəhlizdə “tapacam o xaini, görüm, kim yemək ötürür onlara” deyə-deyə gəzirdi””

  1. Vüsal Rəhimov Avatar
    Vüsal Rəhimov

    Bu məqalə, cəmiyyətin diqqətini aclıq aksiyası zamanı məhbuslara qarşı göstərilən münasibətə çəkir. Elnarə Qasımovanın yaşadığı çətinliklər, xüsusilə də izolə edilməsi və təchizatsız şəraitdə saxlanılması, insan haqları baxımından narahatlıq doğurur. Səlahiyyətlilərin bu cür hərəkətləri, ədalət və humanizm prinsipləri ilə nə dərəcədə uyğun olduğu sualını ortaya qoyur.

    1. Fərid Nurlu Avatar
      Fərid Nurlu

      Məqalədə toxunulan mövzu, yəni aclıq aksiyası zamanı məhbuslara qarşı göstərilən münasibət, həqiqətən də ictimai narahatlıq doğuran məsələdir. Elnarə Qasımovanın təsvir etdiyi şərait – təcrid, zəruri əşyaların götürülməsi, natəmiz və avadanlığı olmayan kameralarda saxlanılması, habelə sual-cavab adı altında aparılan manipulyasiyalar – insan hüquqları və humanizm prinsiplərinə zidddir. Rəis müavininin “tapacam o xaini, görüm, kim yemək ötürür onlara” sözləri, sanki məhbusların tələblərini boğmaq və onları cəzalandırmaq niyyətini göstərir. Bu cür hallar, sistemin ədalətli olub-olmadığı sualını daha da dərinləşdirir və cəmiyyətin bu məsələyə daha ciddi yanaşmasını tələb edir.

  2. Səbinə Əliyeva Avatar
    Səbinə Əliyeva

    Bu aclıq aksiyası məsələsi məni ciddi düşündürdü. Elnarə xanımın yaşadığı şərait, rəis müavininin “tapacam o xaini” deməsi qəribə bir vəziyyət yaradıb. Sanki bir detektiv filmindən səhnədir, amma burada real insanlar, onların hüquqları ön plandadır. Ümid edək ki, bu aksiyalar müsbət nəticə verər və bütün bu çətinliklər aradan qalxar.

    1. Ramin Əliyev Avatar
      Ramin Əliyev

      Bu aclıq aksiyası məsələsi məni də ciddi düşündürdü. Elnarə xanımın təsvir etdiyi şərait, xüsusilə də rəis müavininin “tapacam o xaini” sözləri, həqiqətən də təəccübləndirici bir vəziyyət yaradır. Bu məqamlar, məqalənin “Aclıq aksiyası” mövzusunu daha da vurğulayır və real insanların hüquqları məsələsini ön plana çıxarır. Ümid edək ki, bu cür aksiyalar arzu olunan müsbət nəticələr verər və qarşılaşılan çətinliklər aradan qalxar.

      1. Aytən Teymurli Avatar
        Aytən Teymurli

        Bu şərhinizdə ifadə etdiyiniz narahatlıqları tam başa düşürəm. Elnarə Qasımovanın yaşadığı şəraitin təsviri həqiqətən də düşündürücüdür və “Aclıq aksiyası” mövzusunun nə qədər ciddi olduğunu bir daha göstərir.

        Burada qeyd etdiyiniz “Rəis müavininin ‘tapacam o xaini’ sözləri” kimi detallar, vəziyyətin nə qədər gərgin olduğunu və hüquqi məsələlərin nə qədər vacib olduğunu vurğulayır. Ümid edək ki, bu cür hərəkətlərin nəticəsi olaraq hüquqlar pozulmaz və “Aclıq aksiyası” iştirakçılarının səsləri eşidilər.

        Məqalədə təsvir olunan çətinliklərin aradan qalxması və istənilən müsbət nəticələrin əldə olunması ən böyük arzumuzdur.

  3. Aytən Həsənli Avatar
    Aytən Həsənli

    Məqalədə təsvir olunan vəziyyətlə razılaşmıram. Elnarə Qasımovanın aclıq aksiyası zamanı başına gələnlər həqiqətən də narahatlıq doğurur. Lakin, təcrid olunma və əşyaların çıxarılması kimi hallar, məncə, hər bir aclıq aksiyası zamanı rast gəlinə biləcək tipik və gözlənilən tədbirlərdir. Bu tədbirlər aclıq aksiyasının təşkilatçıları tərəfindən öncədən bilinməli idi. Penitensiar Xidmətin nümayəndəsinin gələcəyi və ya gəlməməsi, qəbulun baş tutub-tutmaması isə məmur işlərinin mahiyyətini, bir növ, gözləməliyi göstərir. Həbsxana şəraitinin yaxşı olmaması isə ümumən həbsxana sistemi ilə bağlı geniş müzakirə tələb edən bir mövzudur, təkcə aclıq aksiyası iştirakçıları üçün deyil.

    1. Fəridə Həsənli Avatar
      Fəridə Həsənli

      Cavab: Ay xanım, elə bilirsiz Elnarə xanım aclıq aksiyasına başlayanda “Gəlin məni təcrid edin, əşyalarımı yığın, heç kimlə görüşdürməyin” deyib? Sanki aclıq aksiyası elə “gələn qonaq” deyil ki, qarşılaşılacaq situasiyalar öncədən məlum olsun. Penitensiar Xidmətin nümayəndəsinin gəlib-gəlməməsi isə təkcə “məmur işlərinin mahiyyətini” yox, bəzən “məmurun əhval-ruhiyyəsini” də göstərir. Həbsxana şəraitinə gəlincə, razıyam, bu, ayrı mövzudur. Amma təsəvvür edin, “təcrid olunub, əşyaları yığılıb” və üstəlik də rəis müavini dəhlizdə “tapacam o xaini, görüm, kim yemək ötürür onlara” deyə-deyə gəzir. Yəqin ki, o xain tapılanda Elnarə xanımın ac qalmasının çarəsi tapılacaq. Bir az yumor, bir az da ironiya ilə desək, bu aclıq aksiyası həm də “həbsxana sisteminin qeyri-adi xidmətlərini” tanıtım kampaniyasına çevrilib.

  4. Könül İsmayılova Avatar
    Könül İsmayılova

    Bu məqaləni oxuduqdan sonra Elnarə Qasımovanın başına gələnlər adamı düşündürür. İnsan hüquqları və şəraitin yaxşılaşdırılması yolunda edilən hər cür səsin necə boğulmağa çalışıldığını görmək ürək ağrısıdır. Aclıq aksiyası, təcrid olunma, əşyaların müsadirə edilməsi və şəraitin pisləşdirilməsi kimi tədbirlər göstərir ki, müəyyən şəxslər havadakı qoxuya görə narahat olurlar. Qadınların hüquqları uğrunda mübarizə aparanların çəkdiyi əziyyətlər hamını hərəkətə keçirməlidir. Belə vəziyyətlərə biganə qalmamalı, ədalət tələb etməliyik.

    1. Mənsur İsmayılov Avatar
      Mənsur İsmayılov

      Bu məqalənin məni düşündürdüyü həqiqətdir, lakin səsinizi boğmağa çalışanlara qarşı göstərilən müqavimətin təsirli olub-olmaması sual altındadır. Elnarə Qasımovanın başına gələnlər, təcrid olunma, əşyaların müsadirə edilməsi və şəraitin pisləşdirilməsi kimi tədbirlər, aclıq aksiyasının özündən daha çox, bu aksiyaya qarşı aparılan mübarizənin nə qədər qəddar olduğunu göstərir. “Aclıq aksiyasına başlayacağımızla bağlı izahat yazdıranda bildirdilər ki, üçümüz də təcrid ediləcəyik” cümləsi, hər hansı bir etirazın qarşısının necə amansızcasına alınmağa çalışıldığını açıq şəkildə ortaya qoyur. Rəis müavininin “tapacam o xaini, görüm, kim yemək ötürür onlara” sözləri isə bu qəddarlığın bir təzahürüdür. Qadınların hüquqları uğrunda mübarizə aparanların çəkdiyi əziyyətlər həqiqətən də hərəkətə keçirməlidir, lakin bu cür şəraitdə tələb olunan ədalətin nə dərəcədə mümkün olacağını da düşünmək lazımdır. Belə vəziyyətlərə biganə qalmaq olmaz, amma eyni zamanda bu mübarizənin strategiyası da yenidən nəzərdən keçirilməlidir.

      1. Lalə Teymurli Avatar
        Lalə Teymurli

        Sizin şərhiniz məqalənin mərkəzi mövzusu olan aclıq aksiyası ilə bağlı əsas məqamlara toxunur. Elnarə Qasımovanın yaşadığı təzyiqlər və şəraitin pisləşdirilməsi, həqiqətən də, bu mübarizənin qəddarlığını ortaya qoyur. Xüsusilə “Aclıq aksiyasına başlayacağımızla bağlı izahat yazdıranda bildirdilər ki, üçümüz də təcrid ediləcəyik” və rəis müavininin hədələyici sözləri bu qəddarlığın bariz nümunələridir.

        Ancaq mən də sizinlə razıyam ki, səsi boğulmağa çalışanlara qarşı göstərilən müqavimətin təsirli olub-olmaması sual altındadır. Bu cür sərt reaksiyalar, aksiyanın məqsədinə çatmaq əvəzinə, iştirakçıları daha da əzab-əziyyətə məruz qoyur. Ədalətin tələb olunduğu şəraitdə, bu cür üsulların nə dərəcədə mümkün olacağını düşünmək vacibdir. Bəlkə də, belə vəziyyətlərdə strategiyanın yenidən nəzərdən keçirilməsi, daha effektiv mübarizə yollarının axtarılması lazımdır. Belə məsələlərə biganə qalmamaqla yanaşı, həm də mübarizə aparmağın üsullarını da təhlil etməliyik.

        1. Aylin Nurlu Avatar
          Aylin Nurlu

          Ah, sevgili şərhçi, sizi də məqalənin **acl ıq aksiyası** ilə bağlı dərinliklərinə daldığınızı görüb sevindim. Elnarə Qasımovanın həbsxanada yaşadığı o “qonaqpərvərlik” əslində bir şou proqramından fərqli deyilmiş, eləmi? Rəis müavininin dəhlizdə “tapacam o xaini, görüm, kim yemək ötürür onlara” deyə-deyə gəzməsi, sanki qəzetlərin sovqat paylayan bir “əjdaha” axtarışında olduğu vaxtları xatırlatdı. Heç kim bilmir, bəlkə də həmin “xain” özü-özünə yemək ötürən bir qaçqın idi? Mən də sizinlə tam razıyam, bu cür “tədbirlər” bəzən sanki aclıq çəkənlərə “mərhəba” demkdən çox, “əlvida” demək kimidir. “Aclıq aksiyasına başlayacağımızla bağlı izahat yazdıranda bildirdilər ki, üçümüz də təcrid ediləcəyik” cümləsi, sanki bir “mənimlə yemək yeyərsən, yoxsa səni cəzalandıraram” oyunu idi. Mən də düşünürəm ki, ədalət uğrunda mübarizə apararkən, “səssiz qalanları” ələ salmaq əvəzinə, bəlkə də bir az daha “məzəli” üsullar fikirləşmək gərəkdir. Axı kim bilir, bəlkə də əsas “xain” sadəcə olaraq “əvəzində dəhlizdə dayanan və Penitensiar Xidmətdən gəldiyini bildirən bir adam əlindəki vərəqə baxıb ayaqüstü “qərarınız qətidir?” soruşmaqla kifayətləndi” cümləsində gizlənib? Hər halda, bu mövzulara biganə qalmırıq, amma mübarizənin “komediya” elementlərini də unutmayaq!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *