) istifadə etməmək tövsiyə olunur. İsrail Baş naziri - admin

Tag: İsrail Baş naziri

  • İsrail Baş naziri Netanyahu zəhərlənib – 3 gün istirahətə göndərildi

    İsrail Baş naziri Netanyahu zəhərlənib – 3 gün istirahətə göndərildi

    İsrailin Baş naziri Benyamin Netanyahu zəhərlənib – bu səbəbilə müalicə olunur.

    Rəsmi məlumata görə, Netanyahu istehlak etdiyi xarab qida səbəbilə bağırsaq iltihabı (enterit) diaqnozu ilə müayinə olunub və həkim nəzarətinə alınıb. Bu barədə İsrail Baş nazirlik ofisi məlumat yayıb.

    Bildirilib ki, Netanyahu Batı Qüdsdə yerləşən Hadassah xəstəxanasının Daxili xəstəliklər şöbəsinin müdiri Prof. Alon Herşko tərəfindən evində müayinə edilib. Müayinə nəticəsində baş nazirin bağırsaq iltihabı keçirdiyi və vəziyyətinin sabit olduğu açıqlanıb.

    Açıqlamada qeyd olunur ki, Netanyahu gecə boyu narahatlıq keçirdiyindənsusuzluq (dehidratasiya) əlamətləri müşahidə olunduğundan damar yolu ilə maye müalicəsi tətbiq edilib.

    Həkimlərin göstərişi ilə İsrail Baş naziri 3 gün müddətinə istirahət rejiminə keçib.

    Hadisə ilə bağlı əlavə məlumat verilməyib.