Kerem Aktürkoğlunun "əsəbi" olduğu iddialarına "Benfika"dan cavab
Portuqaliya Super Liqasında "Benfika" doğma meydanda "Tondela"ya 3-0 hesabı ilə qalib gəlib. "Fənərbağça"ya transferi gündəmdə olan Kerem Aktürkoğlu matça ehtiyat oyunçular skamyasında başlayıb və 67-ci dəqiqədə oyuna daxil olub.
Matçdan sonra milli futbolçu ilə bağlı yayılan iddialar qısa müddətdə Portuqaliyada gündəmə çevrilib.
Milli futbolçu "qəzəbli görünürdü"
Portuqaliya mətbuatı matçdan sonra Kerem Aktürkoğlu ilə bağlı şok iddialar irəli sürüb. Milli futbolçunun qarşılaşmada olduqca əsəbi olduğu müşahidə edildiyi bildirilib. Həmçinin, matçdan sonra Keremin qəzəblə topa vurduğu iddia edilən görüntülər yayılıb və milli oyunçunun gərgin əhvalda olduğu müdafiə olunub.
"Benfika"dan Keremlə bağlı sözügedən şərhlərə dərhal cavab gəlib. Bakı vaxtı ilə saat 02:53-də paylaşım edən Portuqaliya klubu, "Aktürkoğlu çox əsəbi idi" deyərək, milli futbolçunun oyuna girərkən gülümsədiyi anları paylaşıb və çıxan xəbərləri ələ salıb.
Lakin "Benfika"nın bu paylaşımı öz azarkeşlərini qəzəbləndirib və minlərlə mənfi şərhlərə səbəb olub.
Oxucu Şərhləri
Şərh Yaz