Dünyanın yeni cazibə mərkəzi: Milyonluq əhaliyə malik ölkə zirvəyə yüksəldi
Dünya miqyasında aparılan genişmiqyaslı tədqiqatlar nəticəsində 1,33 milyon əhalisi olan ölkə yaşayış üçün ən ideal məkan kimi müəyyən edilib. 192 dövlətin təhlil olunduğu reytinq siyahısında bu ölkə ABŞ və Avstraliya kimi nəhəng iqtisadiyyatları arxada qoyaraq birinci yerə çıxıb.

Ekspertlərin qənaətinə görə, ölkənin qlobal miqyasda cəlbediciliyini artıran başlıca amillər onun möhkəm rəqəmsal infrastrukturu və geniş məşğulluq imkanlarıdır. Müasir texnologiyaların tətbiqi və biznes mühitinin liberallaşdırılması investorların marağını ciddi şəkildə artırır.
Mülkiyyət hüquqlarının yüksək səviyyədə müdafiəsi və hüquqi bazanın dayanıqlılığı ölkəni xarici vətəndaşlar üçün də etibarlı bir məkana çevirib. Bu amillər, xüsusilə yüksək ixtisaslı mütəxəssislərin və sahibkarların ölkəyə cəlb olunmasını şərtləndirən əsas səbəblərdəndir.
Araşdırmada vurğulanır ki, əhalisinin sayının az olmasına baxmayaraq, ölkənin iqtisadi çevikliyi və sosial rifah göstəriciləri onu qlobal miqyasda rəqabətədavamlı edir. Bu uğur, gələcəkdə digər kiçik dövlətlər üçün də bir inkişaf modeli kimi qiymətləndirilir.


Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz