Hande Soral İtaliyada mükafat alacaq
Aktrisa
Hande Soral həyat yoldaşı İsmail Demirçi ilə İtaliyaya səfər edib. Bu gün Siciliyanın Taormina şəhərində keçiriləcək
Nations Award mərasiminə qatılacaq aktrisa, "Bir Zamanlar Çukurova" serialındakı uğurlu ifasına görə "TV Seriallarında Üstün Nailiyyət" mükafatına layiq görüləcək.
Məşhur rejissorla görüş
Soral, səfəri çərçivəsində əvvəlki axşam məşhur ingilis
rejissor Terri Gilliam ilə görüşüb. 84 yaşlı usta, "Time Bandits", "Brazil", "The Fisher King" və "12 Monkeys" kimi bir çox yadda qalan filmin müəllifidir. Aktrisa həyat yoldaşı İsmail Demirçi və ingilis rejissorla şam yeməyi zamanı səmimi söhbətlər edərək bu anları "Instagram" hesabında izləyiciləri ilə bölüşüb.
Aktrisa 2018-2022-ci illər arasında yayımlanan "Bir Zamanlar Çukurova" serialında "Ümit" obrazını canlandırıb.
24 saat