İdman 25.11.2025

Qalatasaray-Union Saint-Gilloise matçı canlı yayımlanacaq

Qalatasaray-Union Saint-Gilloise matçı canlı yayımlanacaq

"Qalatasaray""Union Saint-Gilloise" qarşılaşması: Start heyətlər bəlli oldu

UEFA Çempionlar Liqasının 5-ci turunda "Qalatasaray" Belçikanın "Union Saint-Gilloise" komandasını qəbul edəcək. RAMS Parkında baş tutacaq bu qarşılaşmanı İspaniya Futbol Federasiyasından Xose Maria Sançez idarə edəcək.

Komandaların start heyətləri açıqlanıb:

"Qalatasaray": Uğurcan, Sallai, Sançez, Əbdülkərim, Yakobs, Torreira, Sara, İlkay, Sane, Barış Alper, İkardi

"Union Saint-Gilloise": Scherpen, Mac Allister, Burgess, Sykes, Khalaili, Zorgane, Florucz, Van de Perre, Niang, David, Ait El Hadj

"Qalatasaray" Çempionlar Liqasında yeni uğurlar hədəfində

Avropanın ən nüfuzlu klub turnirində birbaşa 36 komandalı liqa mərhələsindən başlayan "Qalatasaray" ilk matçında səfərdə Almaniya təmsilçisi "Ayntraxt Frankfurt" komandasına 5-1 hesabı ilə məğlub olub. Çempionlar Liqasına istədiyi kimi başlaya bilməyən "Qalatasaray" ikinci matçında İngiltərənin "Liverpul" klubunu 1-0, üçüncü matçında Norveçin "Bodo/Qlimt" komandasını 3-1, dördüncü matçında isə Hollandiyanın "Ayaks" komandasını səfərdə 3-0 hesabı ilə məğlub edib. Türkiyə təmsilçisi 4 oyundan sonra topladığı 9 xalla Çempionlar Liqasının 5-ci turuna 9-cu pillədə daxil olub.

"Union Saint-Gilloise" isə bu mövsüm "Devlər Liqası"na Hollandiya təmsilçisi PSV-ni səfərdə 3-1 hesabı ilə məğlub edərək başlayıb. Sonrakı iki görüşdə İngiltərə təmsilçisi "Nyukasl" və İtaliya klubu "İnter"ə evdə 4-0 hesabı ilə məğlub olan "Union Saint-Gilloise" son matçda İspaniyanın "Atletiko Madrid" komandasına səfərdə 3-1 hesabı ilə uduzub. Belçika klubu 3 xalla 28-ci sırada qərarlaşıb.

Tarixi fürsət: "Qalatasaray" Çempionlar Liqasında ilkə imza ata bilər

"Qalatasaray" "Union Saint-Gilloise" üzərində qələbə qazanaraq klub tarixində ilk dəfə dörd dəfə ardıcıl Çempionlar Liqasında matç qazanmağı hədəfləyir. Turnirin son 3 matçında "Liverpul"u 1-0, "Bodo/Qlimt"i 3-1 və "Ayaks"ı da 3-0 hesabı ilə məğlub edən "Qalatasaray", 13 il sonra Çempionlar Liqasının qrup/liq mərhələsində ardıcıl 3 qələbə qazanıb. Türkiyə klubu "Union Saint-Gilloise" ilə oyunda qalib gəlsə, tarixində ilk dəfə "Devlər Liqası"nın qrup/liq mərhələsində ardıcıl 4 qələbə əldə edəcək.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz