UEFA Çempionlar Liqasında Qalatasarayın öz meydanında Union Saint-Gilloise komandasına 1-0 hesabı ilə uduzduğu matçda, ispan hakim Xose Maria Sançes mübahisəli bir qərar qəbul edərək diqqət mərkəzinə düşüb.
Hakimin tartışmalı qərarı
Matçın 52-ci dəqiqəsində Promise Davidin Uğurcan Çakıra qarşı etdiyi hərəkət faul kimi qiymətləndirilsə də, hakim Xose Maria Sançes sarı kart göstərməyərək yalnız xəbərdarlıqla kifayətlənib. Bu qərar, Uğurcanın ayağına basan Promise Davidə qarşı daha sərt tədbir görülməli olduğunu düşünən Qalatasarayın baş məşqçisi Okan Burukun sərt etirazına səbəb olub. Davidin 36-cı dəqiqədə Davinson Sançese qarşı etdiyi hərəkətə görə sarı kartı olan futbolçunun, bu hərəkətindən sonra ikinci sarı kartı alaraq meydandan qovulmalı olduğunu iddia edən Okan Buruk, dördüncü hakimin üzərinə qışqıraraq etirazını bildirib. Lakin onun bu etirazları nəticəsiz qalıb.
Okan Burukun matç sonrası şərhləri
Okan Buruk matçdan sonra TRT-yə verdiyi açıqlamada hakimin qərarlarını tənqid edərək bunları deyib: "Hakimin vermədiyi ikinci sarı kartdan qırmızı kart çox böyük bir səhvdir. İspaniyada hakimlərlə bağlı böyük bir problem var. İspan hakimlərin liqadakı matçlarda etdikləri səhvlərlə bağlı çox böyük bir şey var. Bu gün bunu gördük. Hakimin davranışları... Onun yanında üç-dörd dənə oyun oynanarkən, tam hücum edərkən oyunu dayandırdı. Bunlardan birində mənə sarı kart göstərdi. Mən də qaçaraq gedib ehtiyat oyunçular skamyasına əyləşmişdim."
Eren Elmalının aldığı cəza
Matçı da dəyərləndirən Okan Buruk "Hər şeyi hakimə bağlamaq lazım deyil. Əskiklərimiz var idi, amma tam olaraq buna da bağlamaq lazım deyil. Dəyişiklik etmək şansımız çox yox idi, bəli. Yakobs da zədələndi. Ancaq öz səhvlərimizə də baxmalıyıq" dedi.
Buruk, Eren Elmalının aldığı cəza ilə bağlı isə bu şərhi verib:
"Eren Elmalının cəzası çox üzücü oldu. Türk futbolu üçün də üzücü bir məsələdir. 4 il 8 ay əvvəl oynadığı ehtimal edilən bir bahis var. Məhdud oyunçularla gedirik. Sol cinah müdafiəsində də çətinlik yaşayırıq. Zamanlaması çox pis oldu. Hörmət edirəm, amma bir çox oyunçu çox əvvəldən etdiyi səhvlərin cəzasını indi çəkir. Qalatasaray kimi Çempionlar Liqasında oynayan bir komanda üçün böyük zərbə oldu."

Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz