"Qalatasaray" "Fənərbaxça" derbisinə hazırlaşır
"Qalatasaray" komandası "Fənərbaxça" ilə keçiriləcək derbi oyununa ciddi şəkildə hazırlaşır. Hücumçu Viktor Osimhen və yarımmüdafiəçi Mario Lemina zədədən sonra komandaya qayıdıb. Lakin sağ və sol cinah müdafiəçilərindəki problem hələ də davam edir. Əgər Kaan Ayhan və Fredrik Andreas Yakobsen sağalmasalar, sol cinahda Kazımcan Karataş, sağ cinahda isə Barış Alper Yılmaz oynayacaq. Bu halda, komandanın hücum xəttində yalnız Leroy Sane ehtiyatda qalacağı üçün baş məşqçi Okan Burukun fərqli taktiki sxem seçə biləcəyi gözlənilir.
Okan Burukdan gözlənilən sürprizlər
Baş məşqçi Okan Buruk, "Fənərbaxça"ya qarşı sürpriz taktikalar tətbiq etməyi sevir. İlk mövsümündə Lukas Torreira və Mauro İkardini ehtiyat oyunçular skamyasında saxlayıb, orta sahədə Berkan Kutlu, hücumda isə Barış Alperi oynatmış və komandası "Fənərbaxça"nı 3-0 hesabı ilə məğlub etmişdi. 2023-cü ildə Kadıköydə keçirilən oyunda Barış sol cinahda oynayıb və komandası 0-0 hesablı heç-heçə edib. Ötən il Yunus Akgünün parladığı oyunda "Qalatasaray" 3-1 hesabı ilə qalib gəlmiş, Slavko Vinçiçin idarə etdiyi derbidə ilk dəfə əsas heyətdə şans tapan Lemina fərqlənmişdi. "Qalatasaray" azarkeşləri 1 dekabrda keçiriləcək derbi matçında da Okan Buruka güvənir.

Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz