ABŞ-ın siyasi kulis xəbərləri saytı Axios-a danışan ikinci bir yüksək rütbəli ABŞ rəsmisi bu həftə Qəzzadakı bir kilsənin bombalanmasına diqqət çəkdi. Bu hadisə, keçmiş ABŞ prezidenti Donald Trampın
Netanyahudan izahat tələb etməsinə səbəb oldu. Həmin rəsmi, "Hər gün yeni bir şey baş verir sanki. Nə baş verir axı?" deyə narahatlığını dilə gətirdi.
Üçüncü bir ABŞ rəsmisinə görə, Tramp administrasiyası daxilində
Netanyahuya qarşı artan bir şübhəçilik var. O, "tətiyə çox tez basan və işləri lazımsız yerə qarışdıran biri" kimi qəbul edilir və rəsmilərin dediyi kimi, İsrailin baş naziri bəzən uslanmayan bir uşaq kimi davranır.
Ağ Ev Netanyahunun Hərəkətlərindən Narahatdır
Altı ABŞ rəsmisi Axios-a verdiyi açıqlamada, bu həftə Cümə günü ABŞ vasitəçiliyi ilə əldə olunan atəşkəsə baxmayaraq, həftənin sonunda Ağ Evin
Netanyahunun və onun regional siyasətləri ilə bağlı ciddi şəkildə narahat olduğunu bildirir.
Prezident Bombalanma Görüntüləri Görmək İstəmir
Bir ABŞ rəsmisi isə qeyd edib ki, "bu
Suriya bombalanması prezidenti və Ağ Evi hazırlıqsız yaxaladı. Prezident, sülh yaratmaq və yenidən qurmaq üçün böyük bir açıqlama verdiyi bir ölkədə televizoru açaraq bomba görüntüləri görməkdən xoşlanmaz."
Dövlət katibi Marko Rubio, Çərşənbə günü
Netanyahu və onun komandasına hücumları dayandırmalarını söylədi. İsrailin baş naziri
Suriya ordusunun Süveyda’dan çəkilməsi müqabilində bu tələbi qəbul etdi.
Diplomatik Cəhdlərə Baxmayaraq Eskalasiya
ABŞ-ın xüsusi nümayəndəsi və Ankara səfiri Tom Barrack, xəbərə görə, Çərşənbə axşamı İsrailli həmkarlarına münaqişəni diplomatik yollarla həll etmək üçün geri çəkilmələrini təklif etdi. Bir ABŞ rəsmisinə görə, İsraillilər bu təklifi qəbul etdi.
Lakin qısa bir fasilədən sonra İsrail hücumlarını artırdı. Çərşənbə günü İsrail
Suriyanın hərbi qərargahlarını və prezident sarayının yaxınlıqlarını bombaladı.
Türkiyə və Səudiyyə Ərəbistanının Qəzəbi
Axios-a görə, "o nöqtədə Türkiyə və Səudiyyə Ərəbistanı kimi ölkələr İsrailin hərəkətləri barədə Tramp administrasiyasına qəzəbli mesajlar göndərmişdi və bir çox yüksək rütbəli ABŞ rəsmisi birbaşa Donald Trampa
Netanyahudan şikayət etmişdi."
Xəbərdə qeyd olunur ki, Tramp administrasiyasına bunu çatdıran rəsmilər arasında Barrack və Ağ Evin xüsusi nümayəndəsi Stiv Vitkoff da var idi; hər iki şəxsin Donald Trampın yaxın dostları olduğu vurğulanırdı.
İsrailin Yanlış Hesablamaları
Başqa bir ABŞ rəsmisi isə bildirib ki, İsrailin Ağ Evdəki mövqeyinə keçən həftə vurduğu zərərin İsraillilər tərəfindən hələ də tam olaraq dərk edilmədiyini. "İsraillilərin ağlını başına toplaması lazımdır," deyə əlavə etdi.
Suriya Kumarı
Axios qeyd edir ki, "bu,
Netanyahunun Donald Trampın səbrini ilk sınağı deyil. O, İrana qarşı atəşkəsdən sonrakı hücumlarının Donald Tramp tərəfindən dəstəklənəcəyini hesablamışdı və bu addımı dramatik şəkildə qarşılıq tapmışdı."
Donald Trampın müharibəni bitirmək arzusuna baxmayaraq, Qəzzada aylardır hücumlarını davam etdirirdi.
Suriyada yenidən bir qumar oynayaraq gərginliyi artıracağını və bunun nə bölgəni, nə də Donald Trampla olan münasibətlərini pozmayacağını düşündü. Trampın komandası son aylarda
Netanyahunun koalisiyasındakı aşırı sağçı Yahudi üstünlükçü ünsürlərin siyasətdəki təsirinin fərqinə daha çox varmağa başladı. Bu dinamika, daha geniş MAGA hərəkatı tərəfindən də getdikcə daha çox görülür.
Suriyadakı qeyri-sabitlik, Tramp administrasiyası üçün əhəmiyyətli bir narahatlıq mənbəyidir. Dövlət katibi Rubio, Şənbə günü X-də etdiyi paylaşımda, Şam rejiminin sülhü təmin etməsi və qırğınları dayandırması gərəkdiyini söylədi.
Lakin yüksək rütbəli bir ABŞ rəsmisi, İsrailin
Suriya hökumətinin öz vətəndaşları və əraziləri üzərində suverenlik qurub-qurmayacağına qərar verə bilməyəcəyini ifadə etdi. Rəsmi, "Mövcud İsrail siyasəti qeyri-sabit bir ölkəyə yol açır. Bu ssenaridə həm
Dürzi icması, həm də İsrail itirir," dedi.
24 saat
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz