Hande Erçeldən ayrılan Hakan Sabancı kefdə

Üç illik sevgi münasibəti yaşayan tanınmış aktrisa Hande Erçel ilə cəmiyyətin diqqət mərkəzində olan subaylarından Hakan Sabancı yollarını ayırıb. Erçel, Instagram səhifəsindən Sabançının bütün fotolarını silib. İddialara görə, ayrılığın əsas səbəbi “evlilik böhranı” olub. Aktrisa Hande Erçel münasibətlərini rəsmiləşdirmək istəsə də, Hakan Sabançının anası Arzu Sabancının bu evliliyə razılıq verməməsi cütlüyün ayrılığı ilə nəticələnib.

Arzu Sabancıdan Sirli Paylaşım

Ayrılıq xəbəri yayıldıqdan sonra Arzu Sabancı sosial şəbəkədə “Cəhalət də yuxu kimidir. Səni oyadan şəxsə ilk reaksiyan qəzəb olur” qeydini paylaşıb. Bu paylaşımın, münasibətlərinin bitməsinə səbəb olduğu üçün özünə qəzəblənən oğlu Hakan Sabancıya ünvanlandığı güman edilir. Bildirilir ki, Arzu Sabancı Hande Erçeli ailələrinə uyğun gələn biri kimi görməyib.

Ayrılıqdan Sonra Şən Doğum Günü Məclisində

Hər kəs cütlükdən açıqlama gözləyərkən, Hakan Sabancı ötən axşam dostunun doğum günü mərasiminə qatılıb. Şən əhval-ruhiyyəsi ilə diqqət çəkən Sabançının kefi yerində olub.

24 saat

Comments

“Hande Erçeldən ayrılan Hakan Sabancı kefdə” üçün bir cavab

  1. Təranə Elnarli Avatar
    Təranə Elnarli

    Hande Erçel və Hakan Sabancının ayrılığı ilə bağlı xəbər təəssüf doğurur. Mətbuatda yer alan məlumata görə, ayrılığın səbəbi kimi evlilik məsələsi və Hakan Sabancının anası Arzu Sabancının razılığının olmaması göstərilir. Hər bir ailənin öz dəyərləri və gözləntiləri ola bilər, lakin Hande Erçel kimi istedadlı bir aktrisanın şəxsi həyatı ilə bağlı bu cür müdaxilələr onun karyerasına da təsir edə bilər. Hakan Sabancının ayrılıqdan sonra kefinin yerində olması isə bu məsələnin nə qədər dərindən təsir etdiyi barədə suallar yaradır. Mütləq bir açıqlama olmasa da, bu cür halların cəmiyyətdə maraqla qarşılandığı da bir faktdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir