Melek Mosso da təcavüzə uğradığını açıqladı

Sənət dünyasında qadınların ardıcıl olaraq etdiyi taciz ifşaları gündəmi silkələyib. Müğənnilər Melek Mosso və Kalben də tacizə məruz qaldıqlarını bildiriblər.

Melek Mosso bu mövzuda danışarkən, “Son zamanlar həmyaşıdlarımın başına gələn dəhşətli hadisələri eşidir, görür və onlarla eyni hissləri bölüşürəm. Dostlarımızla söhbət edərkən demək olar ki, hər kəsin bunu ən azı bir dəfə yaşadığını görmək iyrəncdir. Uşaqlığımdan bəri mən də üç dəfə bu vəziyyətlə qarşılaşmışam. Qorxu və qınanılmaq qorxusu ilə heç vaxt kiminləsə paylaşmadım (terapistim və bəzi yaxınlarımdan başqa). Hamınızı cəsarətinizə görə təbrik edirəm. Mən hələ də səsini çıxara və adlarını açıqlaya bilmirəm. Hətta başıma gələn bəzi şeylərin taciz olduğunu ancaq indi dərk edirəm. Sizin səsinizi ucaltmağınız mənə və illərdir bunları içində saxlayan hər kəsə güc və cəsarət verir. Susmayın! Əl-ələ verib bu dəhşətli travmaları sağaldacaq, bu qorxunc insanları cəmiyyətdən təcrid edəcəyik. Belə ya da başqa, artıq zərər görən qadınların yox, zərər verən kişilərin adları üzə çıxacaq. Bütün qadınları möhkəm qucaqlayıram. Səsini çıxar. Çünki tək deyilsən” ifadələrini işlədib.

BU SƏTRLƏRİ YAZARKƏN DİŞLƏRİMİ SIKIRAM

Kalben 19 yaşında ikən avtobus səfərində məruz qaldığı tacizi belə nəql edir:
“19 yaşım var idi. Anamın ölüm ayağında olduğu xəbərini almışdım. Avtobus dayanacaqda idi. Xəbərin ağırlığı ilə yuxuya getmişdim. Dostlarım düşmüşdülər. Qıçlarımın arasında bir əl ilə oyandım. Cinayətkar arxa çarpaz oturacaqdan gəlmişdi. Onun əllərini heç unuda bilmirəm. Kimsəyə deyə bilmirdim. Səfər bitdikdən sonra dostlarıma “Məni niyə tək qoydunuz?” deyə qəzəblə izah etməyə çalışırdım. Kişi dostum hadisə onun başına gəlmiş kimi qəzəblənir, adamı tapıb döymək istəyirdi. Qadın dostum özünə qapanırdı. Mən isə bu hadisəni illərlə anlaya bilmirdim.”

“İllər ərzində buna bənzər və daha betər hadisələr yığıldı. Bəzilərini qəbul etməyim illərimi aldı. Bəzilərindən danışmadım, bəzilərini isə kiməsə kömək etmək ümidi ilə üstüörtülü paylaşdım. Adlarını açıqladığım “sözdə” dostlar “Axı sən də ora getmişdin”, “Dəvət etmişdin” kimi sözlər dedikdə dost sayım azaldı. “Mənə bunu etdi” dediyim insanlar, yenə də təcavüzkarlarla dostluq etməyə davam etdilər. Feminist fikirlərlə bəzədikləri süfrələrini uzaqdan izlədim.”

“Heç vaxt açıq şəkildə ad çəkmədim, bunu edə bilmədim. Bu gün adları açıqlayan, təcrübələrini paylaşan hər kəsi təbrik edirəm. Səssiz qalan və başına gələnləri, ona edilənləri özünə görə emal etməyə çalışanları da təbrik edirəm. Dəstək ala bilməyinizi ürəkdən arzulayıram. Mən dəstək alaraq həyatda qaldım. Bəzən bəzi şeyləri sui-istifadə etməyimin təməlində, sui-istifadəyə məruz qalmağım dayanırdı.”

“Özümə dəyər verməyim və yaşamağa dəyər olduğumu dərindən hiss etməyim çox uzun illər çəkdi. Bu uzun illər ərzində ənənəvi qadınlıqdan kənar hiss etdim. Məndən bir qadın olaraq gözlənilənləri də verə bilmədiyimi hiss edib yalnızlaşdım. Hələ də ən yaxınlarım belə bəzən niyə bir kişi arxamda divar varkən üstümə sürətlə yeridiyində; mənə arxadan sarıldığında; icazə vermədiyim bir hərəkətlə yaxınlıq qurmağa çalışdığında paniklədiyimi ya da bir anda öfkəylə coşduğumu, bəlkə də qəfildən içimə qapandığımı anlamırlar.”

“Hələ də məni həqiqətən sevdiyini hiss etdiyim bir partnyorum olmadı. Hələ də şüurlu, istəkli fiziki yaxınlıq qurmaq mənim üçün çətin bir məsələdir. Hələ də bu barədə bunları yazarkən dişlərimi sıxıram. Musiqi və musiqi yolu ilə tanıdığım ürəklər sayəsində həyata sarılmaq gücü tapıram. Musiqi, hər şeyimdir.”

Sənət dünyası daxilində belə özümü təhlükəsiz hiss etdirməyən, mafiya hərəkətləri sərgiləyən, bir qadına necə davranacağını bilmədiyi üçün kobudlaşan tiplər var. Qorunmadığımızı, arxamızda qanunların olmadığını, müdafiəli bir sistemə sahib olmadığımızı bildikləri üçün… Bu, acı bir zamandır, ancaq acımız ortaqdır. Düşmənimiz ortaqdır. Yalnız deyilik. Keçmişdə bilmədən sizə zərər vermiş biri ilə yan-yana gəldimsə, sizdən bu qaranlıq içində mən üzr istəyirəm.”

24 saat

Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir