2025 Avropa Basketbol Çempionatında pley-off mərhələsinə vəsiqə qazanan komandalar müəyyənləşib. C və D qruplarında keçirilən son oyunlardan sonra növbəti mərhələnin iştirakçıları bəlli olub.
## Son 16 Turuna Yüksələn Komandalar
Limassol şəhərində (Kipr Respublikası) C qrupunun oyunları başa çatıb. Katovitsedə (Polşa) isə D qrupunun son matçları keçirilib. Bu oyunlardan sonra pley-off mərhələsinin cütləri müəyyənləşib.
İtaliya və Yunanıstan C qrupunda ilk iki yeri tutaraq adlarını son 16-ya yazdırıblar. Bosniya və Herseqovina, həmçinin Gürcüstan da bu qrupdan pley-offa vəsiqə qazanıb. Son Avropa çempionu İspaniya və Kipr Respublikası isə mübarizəni dayandırıb.
Fransa, Polşa, Sloveniya və İsrail D qrupundan ilk 16-lığa yüksəlib. Belçika və İslandiya isə çempionatla vidalaşıb.
## Pley-off Cütləri
2025 Avropa Basketbol Çempionatında C və D qruplarında son 16 turunun oyunları aşağıdakı cütlüklər arasında keçiriləcək:
## 7 Sentyabr, Bazar:
12:00 Polşa – Bosniya və Herseqovina
15:15 Fransa – Gürcistan
18:30 İtaliya – Sloveniya
21:45 Yunanıstan – İsrail
## Qrup Mərhələsinin Nəticələri
Turnirdə C və D qruplarında keçirilən 5-ci oyunların nəticələri:
## C Qrupu
Bosniya və Herseqovina – Gürcüstan: 84-76
İtaliya – Kipr Respublikası: 89-54
İspaniya – Yunanıstan: 86-90
## D Qrupu
Fransa – İslandiya: 114-74
İsrail – Sloveniya: 96-106
Polşa – Belçika: 69-70

Leave a Reply