SON DƏQİQƏ: İsrail kabinetində qapalı iclas! Netanyahudan plan açıqlaması, bir ay müddət verdi

Netanyahu Qəzza zolağından Fələstinlilərin köçü planını müzakirə edib

İsrail Baş naziri Binyamin Netanyahu ötən cümə axşamı yüksək səviyyəli müdafiə rəsmiləri və kabinet üzvləri ilə keçirdiyi iclasda Fələstinlilərin Qəzza zolağından köçü məsələsini müzakirə edib. Toplantıda iştirak edən rəsmilərdən biri “The Times of Israel” qəzetinə verdiyi açıqlamada mövzunun ətraflı şəkildə araşdırıldığını bildirib.

Plan ABŞ-a təqdim olunacaq

İclasda müzakirə edilən plana əsasən, Qəzza zolağından oktyabr ayından etibarən hava və dəniz yolu ilə məcburi şəkildə çıxış həyata keçiriləcək. Bu planın gələn həftə İsrailə səfər edəcək ABŞ Senatoru Marco Rubio ilə də müzakirə edilməsi gözlənilir.
İsrailin bəzi Afrika ölkələri ilə də Fələstinlilərin köçü üçün miqrant qəbulu məsələsində diplomatik təmaslar qurduğu qeyd olunur. Kanal 13-ün məlumatına görə, Cənubi Sudan, Liviya, Uqanda və Somalilend ilə danışıqlar aparılsa da, hələlik razılığa gəlinməyib.

“Bir il ərzində qayıtsalar, mənası yoxdur”

İclasda ifrat sağçı Maliyyə Naziri Bezalel Smotrich heç bir ölkənin Qəzza zolağından köçənləri qəbul etməyəcəyindən şübhə etdiyini bildirib. O, “bir il ərzində geri qayıdacaqları təqdirdə planın investisiya dəyərinin olmayacağını” vurğulayıb. Netanyahu isə planın çox xərc tələb etməyəcəyini qeyd edərək, irəliləyiş üçün vacib olduğunu söyləyib.

Nazirlik təsis edilmişdi

Xatırladaq ki, Müdafiə Naziri Yisrael Kats fevral ayında ABŞ prezidenti Donald Trampın planından sonra Qəzza zolağından Fələstinlilərin sözdə “könüllü” köçünü təmin etmək üçün nazirlik nəzdində idarə yaratmışdı. Donald Trampın planı dünya miqyasında qəzəbə səbəb olmuş və tənqidçilər tərəfindən “etnik təmizləmə” kimi qiymətləndirilmişdi.

24 saat

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *