Fənərbağça prezidenti Ali Koçdan gözlənilməz addım: Federasiyaya səfər
Fənərbağça futbol komandasının prezidenti Ali Koç, Alanyasporla oyunda son dəqiqə qolu ilə 2-2 bərabərə qaldıqları qarşılaşmanın ardından mübahisələrə səbəb olan hakimləri və Hakimlər Mərkəzini (MHK) sərt şəkildə tənqid edib. Bu hadisədən sonra Ali Koç, Türkiyə Futbol Federasiyasına (TFF) gedəcəyini açıqlayıb.
Seçki təbliğatı dayandırıldı, Koç və heyəti TFF-yə gedir
Sarı-lacivərdli komandanın rəhbəri, qarşıdakı seçkilərlə bağlı bütün işləri dayandırdığını və İdarə Heyətinin üzvləri ilə birlikdə Türkiyə Futbol Federasiyasının qərargahına yollanacağını bildirib.
Klubun rəsmi açıqlamasında “Prezidentimiz Ali Koç və İdarə Heyətinin üzvləri saat 16:00-da Türkiyə Futbol Federasiyasının Riva təsisatlarına gedəcəklər” deyilib.
Bütün planlar ləğv edildi
Ali Koçun mətbuat xidmətindən verilən açıqlamada qeyd olunub ki, “Prezidentimiz Ali Y. Koç və İdarə Heyətimiz, Corendon Alanyaspor matçında yaşanan qalmaqallı hakim qərarlarından sonra 18 Sentyabr 2025 Cümə axşamı üçün planlaşdırılan bütün seçki fəaliyyətlərini ləğv edib”.
Açıqlamada həmçinin, “Prezidentimiz, İdarə Heyətinin üzvləri ilə birlikdə Türkiyə Futbol Federasiyasına gedəcək. Bu qərarla bağlı tərəfdarlarımızın anlayışına təşəkkür edirik” ifadələri yer alıb.
Leave a Reply