Okan Burukun maaşı iki dəfə artırılacaq

Galatasarayda Okan Buruk dönəmi davam edəcək.

Dursun Özbekdən Okan Buruk qərarı

Qalatasaray” klubunda may ayında keçiriləcək seçkilərdə yenidən namizəd olacaq prezident Dursun Özbek, komandanın baş məşqçisi Okan Buruk ilə işləməyə davam etmək niyyətindədir.

Dursun Özbekin əsas məqsədi, hazırda illik 110 milyon TL məvacib alan Okan Burukun maaşını 4 milyon avroya çatdırmaqdır. Bunun üçün Okan Buruka 2+1 illik yeni müqavilə təklif olunması planlaşdırılır.

Transferdə 50 milyon avroluq bonus

Dursun Özbek rəhbərliyinin ikinci hədəfi isə qış transfer pəncərəsində Okan Buruka yeni müqavilənin 50 milyon avroluq bonusu olaraq ulduz bir yarımmüdafiəçi transfer etməkdir. Bu mövqe üçün üç futbolçu namizəd göstərilir: “Napoli”dən kamerunlu Frank Anguissa, “Feyenoord”dan hollandiyalı Quinten Timber və “Club Brugge”dən nigeriyalı Raphael Onyedika. Rəhbərlik bu üç oyunçudan birini heyətə qatmaq istəyir.

Şərtlər və transfer büdcəsi

“Qalatasaray” rəhbərliyinin 50 milyon avro dəyərində olan bu transferi reallaşdırması üçün bir şərt var: Okan Buruk və yetirmələrinin Çempionlar Liqasında növbəti mərhələyə yüksəlməsi. Rəhbərlik Çempionlar Liqasında uğur qazanmaq üçün Okan Buruka hər cür dəstəyi göstərməyə hazırdır. İstər transfer, istərsə də mükafat olsun, Dursun Özbek rəhbərliyi hər cür fədakarlığa hazırdır.

24 saat

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *