Arda Güler oyuna girərək komandasına qələbə qazandırdı

Real Madrid səfərdə qələbə qazandı

İspaniya La Liqasının 9-cu turunda Real Madrid səfərdə Getafenin qonağı oldu. “Estadio Coliseum”da baş tutan mübarizədə qonaq komanda Real Madrid 1-0 hesabı ilə qalib gəldi.

Qolun asistini Arda Güler etdi

Real Madridə qələbə gətirən yeganə qolu 80-ci dəqiqədə Kilian Mbappe vurdu. Mbappenin vurduğu qolun asistini isə oyuna 65-ci dəqiqədə daxil olan Türkiyənin milli ulduzu Arda Güler etdi.

Getafedə 77-ci dəqiqədə Nyom və 84-cü dəqiqədə Alehandro Sankris Vinisius Juniora qarşı etdikləri kobudluqlara görə qırmızı vərəqə alaraq meydandan qovuldular.

Bu nəticə ilə lider Real Madrid liqada xalını 24-ə yüksəltdi. Getafe isə 11 xalla 12-ci pillədə qərarlaşdı.

Növbəti həftə El Klasiko

Liqada növbəti həftə Real Madrid öz meydanında Barselonanı qəbul edəcək. Getafe isə “Bilbao”nun qonağı olacaq.

24 saat

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *