) istifadə etməmək tövsiyə olunur. Alonso Arda və Kenanı yüksək qiymətləndirdi

Xabi Alonso Arda Güler və Kənan Yıldızı təriflədi

Xabi Alonso: Arda Güler, Mesut Özil və Gutinin qarışığıdır

Real Madridin baş məşqçisi Xabi Alonso, UEFA Çempionlar Liqasının 3-cü turunda Santyaqo Bernabeu stadionunda İtaliyanın Yuventus komandası ilə qarşılaşacaqları oyun öncəsi mətbuat konfransında açıqlamalar verib.

Real Madriddə çıxış edən Arda Gülerin komandanın keçmiş oyunçularından Mesut Özilin oyun tərzinə yaxın olub-olmaması ilə bağlı suala cavab verən Xabi Alonso, “Ardanın oyun tərzi, Özil və Gutinin qarışığıdır. Gutinin oyun qurma və son ötürmələrdə oynama qabiliyyəti var idi. Mesut Özil də elə. Özilin futbolundan həqiqətən zövq almışam. Ardanı da oyunun içində nə qədər çox topla görüşdürsək, o qədər çox inkişaf edirik. Onu məcbur etməyə davam etməliyik. Ondan çox məmnunuq” şəklində danışıb.

Xabi Alonso: Rəqib Yuventus çox təhlükəlidir

Xabi Alonso həmçinin rəqib Yuventusun çox təhlükəli bir komanda olduğunu və diqqətli olacaqlarını bildirib.

İspaniyalı baş məşqçi, “Yuventus, keçmişdə də, indi də böyük bir komandadır. Çox yaxşı futbolçuları var. Bunlardan biri də Kənan Yıldızdır. Əla bir təkamül keçirib. Onu tanıyıram. Mən Bayerndəykən o da orada idi. Onun inkişafını görməkdən çox məmnunam” deyib.

Real MadridYuventusun Çempionlar Liqası tarixçəsi

Avropa futbolunun iki böyük komandası Real MadridYuventus bu zamana qədər 21 dəfə UEFA Çempionlar Liqasında qarşılaşıb.

Madridin 10, Yuventusun 9 qələbəsi var. İki matçda isə heç-heçə qeydə alınıb.

24 saat

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *