Karyerası, səhnə enerjisi, fiziki görünüşü və şəxsi həyatı ilə daim diqqət mərkəzində olmağı bacaran Ajda Pekkanın üzü bu yaxınlarda geniş müzakirələrə səbəb olmuşdu. Bu mövzu, sənətçinin pərəstişkarları arasında böyük maraq doğurmuş, sosial mediada aktiv şəkildə müzakirə edilmişdi.
Konsertdəki Görüntüsü Gündəm Yaratdı
Diva Ajda Pekkanın Çeşmədə verdiyi möhtəşəm konsertində mahnı ifa edərkən üzündə heç bir mimika əlaməti görünməməsi böyük marağa səbəb olmuşdu. Bu anlar, qısa müddətdə geniş yayılaraq sənətçinin adının yenidən gündəmə gəlməsinə səbəb oldu. Ardınca gələn tənqidlərə cavab olaraq isə ulduzun səhnəyə maska taxaraq çıxması, vəziyyətə ironik yanaşması kimi qiymətləndirilmişdi.
Saç Rəngində Radikal Dəyişiklik
Ajda Pekkan pərəstişkarlarını sürpriz bir yeniliklə təəccübləndirdi. Uzun illərdir onun imicinin ayrılmaz hissəsi olan platin sarısı saç rəngindən imtina edərək, açıq qumral tonlara keçid etdi. Bu gözlənilməz dəyişiklik, sənətçinin görünüşünə yeni bir nəfəs gətirdi və sosial şəbəkələrdə böyük əks-səda doğurdu. Bir çox izləyici onun daha təbii və cavanlaşmış görünüşünə heyran qaldığını bildirərkən, bəziləri müğənnini Hadisəyə bənzətdi. O, bu yeni tərzi ilə yenidən diqqətləri özünə cəlb etməyi bacardı.
Estetik Müdaxilələrə Açıqlama
Müğənni daha əvvəl estetik müdaxilələrlə bağlı verdiyi açıqlamada səmimi etiraflar etmişdi. O demişdi: “Aldığım müsbət enerji üzümə yansıyır. Başqa heç bir sirr yoxdur. Ehtiyacım olsa, yenidən estetik müdaxilə etdirərəm. Bunu gizlədəcək bir vəziyyət də yoxdur. Sadəcə 3-4 aydan bir gözaltı və dodaq ətrafına botoks etdirirəm.” Bu sözlər, sənətçinin görünüşü ilə bağlı yayılan şayiələrə aydınlıq gətirmişdi.

Leave a Reply