Fənərbaxça və Çobani şirkəti arasında stadion və forma sponsorluğu müqaviləsinin imzalanması münasibətilə təntənəli gecə təşkil edildi. Tədbirdə Fənərbaxça prezidenti Əli Koç, İdarə Heyətinin üzvləri, Çobaninin qurucusu və baş icraçı direktoru Həmdi Ulukaya, Çobani rəhbərliyinin nümayəndələri, habelə iş, siyasət və media dünyasının tanınmış simaları iştirak etdilər.
Əli Koç: “Bu, tarixi əhəmiyyətə malik bir anlaşmadır”
Gala gecəsində çıxış edən Əli Koç, Çobani ilə əldə olunan razılaşmanın tarixi əhəmiyyət daşıdığını vurğuladı. O, bu mövsüm üzrə sponsorluqların maliyyə tərəfinə diqqət çəkərək bildirdi ki, Çobani və Fənərbaxça arasında imzalanan müqavilə, Türkiyədə bir idman klubunun imzaladığı ən yüksək məbləğli strateji əməkdaşlıqlardan biridir. Əli Koç qürurla qeyd etdi ki, bu anlaşma Avropanın da stadion sponsorluqları sahəsində ən yüksək məbləğli müqavilələrindən biri olmaqla, onlar üçün çox qısa müddətdə ikinci rekord sponsorluq elanına səbəb oldu.
İlk sponsorluq müqaviləsinin isə, 5 ili əhatə edən və bütün qadın-kişi infrastruktur daxil olmaqla komandaları əhatə edən Adidas ilə imzalandığını xatırladan Əli Koç, bu sponsorluq anlaşmasının da öz sahəsində ölkə üçün rekord bir müqavilə olduğunu söylədi.
“Banklar Birliyindən çıxmağa az qaldı”
Fənərbaxça prezidenti Əli Koç Banklar Birliyi məsələsində də azarkeşlərə müjdə verərək bildirdi ki, bu müqaviləni ləğv edib, 2014-cü ildə olduğu kimi, dərhal çıxa bilərdik, lakin özlərindən sonra gələcək rəhbərliklərin bu məbləği istifadə edə bilməsi üçün hər il bu vəsaiti alacaqlar. Yəni, əvvəlki müqavilədə olduğu kimi, bunu ləğv etməyəcəklər. Banklar Birliyindən çıxmağa isə çox az qalıb. 340 milyon avrodan 69 milyon avroya endirə bildik. Ümid edirik ki, dövlətimizin dəstəyi, hörmətli prezidentimizin dəyərli yardımı ilə, əlimizdəki daşınmaz əmlak layihələri ilə bu müqavilədən çox qısa müddətdə çıxacağıq.
Nə üçün çıxmaq vacibdir? Çünki son 3 ildə Fənərbaxça İdman Klubunun hər bir qəpik gəlirinin (xalis deyil, ümumi) 50%-i banklara gedir. Nəşr gəlirlərinin 4-də 1-ə düşdüyü iqtisadi şəraitdə, məzənnələrin, faizlərin məlum vəziyyəti, futbolçu vergilərinin 15%-dən 40%-ə yüksəldiyi, arada bir pandemiyanın baş verdiyi, bununla yanaşı ölkədəki iqtisadi şəraiti bir araya gətirdiyimizdə, bir də üstəlik 50% gəlirimizin banklara qaldığı bir mühitdə gəmini üzmək, gəlirlərimizi iki dəfə artırmaq, komanda dəyərimizi 75 milyon avrodan 240 milyon avroya yüksəltmək asan məsələ deyil. Bunu etməyimizi təmin edən həm idarəçilərimizin fədakarlığı, həm də sponsorlarımızın Fənərbaxçaya olan inamı, sevgisi və səxavətidir. Hamısına ayrı-ayrılıqda təşəkkür edirəm.
Qız uşaqlarına xüsusi layihə
Fənərbaxça prezidenti Əli Koç, sarı-lacivərdlilər və Çobani arasında əldə olunan razılaşmanın sosial məsuliyyət layihələrində də yer alacağını bildirdi.
Məsuliyyət hissi ilə hərəkət ediləcəyini qeyd edən sarı-lacivərdli komandanın başçısı, bu əməkdaşlığın ən mühüm elementlərindən birinin də Fənərbaxça və Çobani olaraq birlikdə qərar verəcəkləri, təxmin etdiyim qız uşaqlarına yönəlik bir sosial məsuliyyət layihəsinə hər il 1 milyon dollar ayrılacağını söylədi.
İdmandan başqa ölkəmizin ehtiyacları, həssaslıqları mövzusunda təkcə Fənərbaxça üçün deyil, bütün türk xalqı üçün heç çəkinmədən inandığı dəyərlər və prinsiplər istiqamətində mövqe tuta biləcək bir klub olduğunu dəfələrlə göstərdik. Buna görə də Həmdi bəyin sosial məsuliyyət həssaslığı və Fənərbaxçanın bir idman klubundan daha artığı olaraq Türkiyənin məsələlərinə həssaslıqla yanaşması, inşallah, bir çox qız uşağımıza da böyük faydalar təmin edəcək.

Leave a Reply