) istifadə etməmək tövsiyə olunur. Şok! Rəhbər 15 min dəfə mərc oyunu oynayıb

Bahis qalmaqalında şok fakt: Sədr 15 mindən çox dəfə oynayıb

TFF rəhbərindən şikayət doğuran açıqlamalar: Futbolda bahis qalmaqalı böyüyür

Bahis və hakimlər: Futbolda yeni bir dönəm

Türkiyə Futbol Federasiyasının (TFF) rəhbəri İbrahim Hacıosmanoğlunun bahis-hakim münasibətləri ilə bağlı açıqlamaları ölkə futbolunda şok effekti yaratdı. Bu bəyanatlar futbol ictimaiyyətində geniş rezonans doğurarkən, İstanbul Respublika Baş Prokurorluğu da məsələyə müdaxilə etdi.

Hacıosmanoğlu, “Peşəkar liqalarda olan 571 fəal hakimimizdən 371-nin bahis hesabı olduğu və 152-sinin aktiv olaraq bahis oynadığı müəyyən edilib. Bunların içində yüksək dərəcəli 7 hakim, yüksək dərəcəli 15 köməkçi hakim, dərəcəli 36 hakim, dərəcəli 94 köməkçi hakim var. Həmin şəxslərdən 10 hakimin 10 mindən çox, 42 hakimin isə ayrı-ayrılıqda 1.000-dən çox bahis oynadığı, bir hakimin təkbaşına 18 mindən çox bahis oynadığı, bəzi hakimlərin isə tək bir dəfə bahis oynadığı aşkar edilib” deyərək vəziyyətin ciddiliyini vurğuladı.

Klub rəhbərləri də bahis oyunlarında iştirak edir

Hakimlərdən əlavə, müşahidəçi, təmsilçi, texniki işçi, futbolçu və idarəçilərdən ibarət şəxslər də bahis əməliyyatında izlənilir.

Türkiyə qəzetinin məlumatına görə, TFF-nin tələbi ilə 3 min 700 nəfərlə bağlı bahis araşdırması aparılıb. Prokurorluq və ” Spor Toto“, TFF-nin xahişi ilə qeyd olunan şəxslərin bahis hesablarının olub-olmadığı, varsa neçə dəfə oynadığı, neçə dəfə qazanc əldə etdiyi barədə məlumat toplayıb.

“Spor Toto”dan gələn məlumatlara görə, futbol ailəsində olan şəxslərlə bağlı kimlərin bahis hesabı olduğu, nə qədər pul qazandığı TFF-yə təqdim edilib. Bu adlar arasında 15 min 700 dəfə bahis oynayan klub rəhbəri, texniki işçi, futbolçu və hakimlər var.

Hacıosmanoğlu, FIFA və UEFA ilə vəziyyəti bölüşdüklərini bildirərək, klublara “İçinizdəkiləri təmizləyin və bizə verin. Əks təqdirdə əməliyyat hazırdır!” mesajını verdi.

24 saat

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *