) istifadə etməmək tövsiyə olunur. Bahis qalmaqalı: Tarix anlaşılmazlığı

Bahis qalmaqalında yeni təyinat mübahisəyə səbəb oldu

Futbol hakimləri arasında bahis qalmaqalı: HakimlərSuper Liqada matç idarə edərkən…

Türkiyə Futbol Federasiyasının rəhbəri İbrahim Hacıosmanoğlu oktyabrın 27-si, bazar ertəsi günü keçirdiyi toplantıda yüksək dərəcəli və dərəcəli hakimlərin bahis saytlarına üzv olduğunu və aktiv şəkildə bahis oynadığını açıqlamışdı.

Bu açıqlamalar Türkiyə futbolunda şok effekti yaratdı və İstanbul Respublika Baş Prokurorluğu məsələyə müdaxilə etdi. Daha sonra TFF, bahis qalmaqalında adı keçən və bahis oynadığı təsbit edilən 152 hakimi bir-bir açıqladı. Bu siyahı Türkiyə gündəmini zəbt etdikdən sonra, bahis oynanılan matçların adları da məlum olmağa başladı.

Vəzifədən alınmadı, fit çaldı

Lakin toplantının keçirildiyi 27 oktyabr tarixi mübahisələrin alovlanmasına səbəb oldu. TFF rəhbəri Hacıosmanoğlu mətbuat nümayəndələrinə toplantı dəvətnaməsini oktyabrın 24-ü, cümə günü göndərmişdi. Oktyabrın 23-ü, cümə axşamı günü Super Liqadakı hakim təyinatları aparılarkən, bahis oynadığı təsbit edilən Zorbay Küçükün Trabzonspor-Eyüpspor matçının orta hakimi olaraq təyin edilməsi diqqət çəkdi.

Adı bahis qalmaqalında keçən Zorbay Küçükün vəzifəsinin dayandırılmaması və Super Liqada matç idarə etməsi suallar doğurdu.

TFF rəhbəri Hacıosmanoğlunun bahis qalmaqalına qarışan hakimlərin siyahısını bilib-bilmədiyi ilə bağlı mübahisələr davam edərkən, “bildiyi ssenari”də Zorbay Küçükün vəzifə almasının etik olmadığı, “bilmədiyi ssenari”də isə toplantı tarixinin qalmaqala qarışan şəxslərə vaxt qazandıra biləcəyi istiqamətində reaksiyalar yüksəldi.

24 saat

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *