Batareya yanğını ölkənin yaddaşını sildi: Hökumətin 858 Terabaytlıq arxivi məhv oldu

Cənubi Koreyanın Daejeon şəhərində yerləşən Milli Məlumat Resursları Xidmətinin (NIRS) məlumat mərkəzində baş verən batareya yanğını ölkə tarixində ən böyük rəqəmsal məlumat itkisinə səbəb olub. Rəsmilər, yanğın nəticəsində təxminən 858 terabaytlıq (TB) dövlət məlumatının qalıcı olaraq silindiyini açıqlayıblar.

TAMAMİLƏ SİLİNDİ

Yanğının lityum-ion batareyaların partlaması ilə başladığı və server otağında sürətlə yayıldığı bildirilir. Alovlar yalnız ertəsi gün nəzarət altına alına bildi. Bu müddət ərzində “G-Drive” adlanan, yalnız dövlət qulluqçularının sənəd və fayllarını saxladığı hökumət bulud sistemi tamamilə sıradan çıxıb.

“Government Drive” kimi tanınan bu sistemdə hər bir dövlət qulluqçusuna 30 GB xüsusi saxlama sahəsi ayrılırdı. Lakin bu hökumət bulud sisteminin nəhəng tutumu səbəbindən ehtiyat nüsxələmə infrastrukturunun qurulmadığı üzə çıxıb. Bu da 858 TB məlumatın tamamilə məhv olmasına gətirib çıxarıb, nəticədə misli görünməmiş bir rəqəmsal məlumat itkisi yaşanıb.

SİSTEMLƏR KİLİDLƏNDİ

Yanğında ümumilikdə 96 sistemin tamamilə istifadəyə yararsız hala düşdüyü açıqlanıb. Digər 95 sistemin onlayn və ya oflayn ehtiyat nüsxələri olsa da, “G-Drive” üçün heç bir bərpa imkanı qalmayıb. Beləliklə, hökumət bulud sistemi üzərindəki məlumatlar geri qaytarılmaz şəkildə itirilib.

Hökumətin bəyanatına görə, təsirə məruz qalan 709 şəbəkədən yalnız 193-ü yenidən işlək vəziyyətə gətirilə bilib. Bu, 27,2 faizlik bir bərpa nisbətinə bərabərdir. Mütəxəssislər, sistemin tamamilə təmir edilməsinin bir aydan çox çəkə biləcəyini qeyd edirlər. Bu vəziyyət, ölkənin dövlət qurumları üçün böyük bir problemə çevrilib.

4 NƏFƏR NƏZARƏTƏ ALINDI

Rəsmilər, kritik dövlət xidmətlərinin dayanmaması üçün müvəqqəti alternativ sistemlərin işə salındığını elan ediblər. Lakin hadisə ilə bağlı laqeydlik iddiaları da gündəmə gəlib. Yanğınla əlaqəli olduğu düşünülən dörd şəxs nəzarətə alınıb və araşdırma başlanılıb.

Cənubi Koreya ictimaiyyətində hadisə “rəqəmsal yaddaşın kül olması” kimi qiymətləndirilir. Mütəxəssislərin fikrincə, bu itki təkcə vergi ödəyicilərinin məlumatları deyil, həm də dövlət qurumlarının rəqəmsal təhlükəsizlik anlayışının ciddi şəkildə şübhə altına alınmasına səbəb olacaq.

24 saat

Comments

4 responses to “Batareya yanğını ölkənin yaddaşını sildi: Hökumətin 858 Terabaytlıq arxivi məhv oldu”

  1. Könül Teymurlu Avatar
    Könül Teymurlu

    Bu xəbər həqiqətən də dəhşətə gətirir. 858 terabaytlıq dövlət məlumatının bir batareya yanğnıı nəticəsində tamamilə itirilməsi təsəvvür etmək çətindir. Xüsusilə də “G-Drive” kimi bir sistemin ehtiyat nüsxələnməsinin olmaması daha da təəccübləndirici gəldi mənə. Bu cür mühüm məlumatların saxlandığı yerdə ehtiyat nüsxələnməsinin təmin edilməməsi necə mümkün olub, bunu anlamaq çətin olur. Bu hadisənin, bəlkə də başqa ölkələr üçün də bir dərs olması arzuolunandır.

  2. Orxan Ramizov Avatar
    Orxan Ramizov

    Bu xəbər həqiqətən də dəhşətlidir. Batareya yanğınlarının bu qədər böyük bir rəqəmsal məlumat itkisinə səbəb olacağını təsəvvür etmək çətindir. 858 terabaytlıq məlumatın, xüsusilə də dövlət arxivinin tamamilə itməsi böyük bir fəlakətdir. Bu hadisə, rəqəmsal məlumatların qorunması və ehtiyat nüsxələnməsinin nə qədər vacib olduğunu bir daha ortaya qoyur. Ümid edək ki, bu hadisədən lazımi dərslər çıxarılacaq və bel faciələrin təkrarlanmaması üçün tədbirlər görüləcək.

  3. Aylin Turalova Avatar
    Aylin Turalova

    Bu xəbər həqiqətən də dəhşətdir. 858 terabaytlıq dövlət məlumatının bir anda yoxa çıxması, üstəlik bunun bir batareya yanğını nəticəsində baş verməsi inanılmazdır. Mən də düşünürəm ki, bu qədər böyük bir rəqəmsal arxiv üçün ehtiyat nüsxələmə sistemlərinin qurulmamış olması böyük bir qüsurdur. Bu, həm də dövlət qurumlarının bu cür texnoloji risklərə qarşı nə qədər hazırlıqlı olduğunu sual altına alır. Hökumət qulluqçularının şəxsi məlumatları haqqında düşünəndə, bu itkinin nə qədər ciddi fəsadlar doğura biləcəyini təsəvvür etmək çətindir. Ümumiyyətlə, bu cür hadisələr texnologiyanın gücü qədər, onunla bağlı riskləri də göz önünə gətirir. Bu hadisənin araşdırılması zamanı hansı nəticəlrə gələcəklərini və gələcəkdə belə şeylərin qarşısını almaq üçün hansı tədbirlər görüləcəyini maraqla gözləyirəm.

  4. Şəbnəm Teymurlu Avatar
    Şəbnəm Teymurlu

    Vay vay vay! Bu batareya necə də məsuliyyətli imiş, özü də bütün ölkənin yaddaşını özü ilə apardı! 858 terabayt məlumatın bir batareyanın qəzəbinə tuş gəlməsi… Bu, “küçənin qızılı”nın yeni, çox daha dəyərli bir versiyasıdır desək, yanılmarıq. Qabaqlar hamı “mənim batareyam zəifdir” deyərdi, indi isə “mənim ölkəmin yaddaşı batareya yanğınına qədər zəifdir” demək adi hal alacaq. Yəqin indi hər kəs öz mobil telefonundakı “BATARYA DOLU” işarəsinə daha fərqli, daha məhəbbətlə baxar. Qalan şeyləri isə… bərpa olunsa yaxşı, yoxsa hamımız yenidən “məktəblilər” olacağıq, dəftərlərlə, qələmlərlə!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *