“Beşiktaş” – “Şaxtyor” oyununda qalmaqal: Matçın son dəqiqələrində dava
Stadionda hakim qərarı ilə yaranan gərginlik
UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununda “Beşiktaş” doğma meydanda Ukraynanın “Şaxtyor Donetsk” klubunu qəbul edib. Qarşılaşma “Şaxtyor”un 4-2 hesablı qələbəsi ilə başa çatıb. Lakin matçın son dəqiqələrində meydanda xoşagəlməz hadisələr baş verib.
Oyunda 90-cı dəqiqə oynanılarkən, “Şaxtyor Donetsk”in qolkiperi Dmitro Riznik autdan topu oyuna daxil etməyə hazırlaşırdı. Bu zaman tribunadan meydana yad cisimlər atılıb. Nəticədə Riznik topu oyuna daxil etməyib və meydanın mərkəzinə gələrək hakim Georgi Kabakov ilə danışmağa başlayıb. Bu vaxt “Beşiktaş”ın oyunçuları tribunlara yaxınlaşaraq azarkeşləri meydana yad əşyalar atmamağa çağırıblar.
Oyun dayanır, futbolçular arasında sözləşmə yaranır
Futbolçuların xəbərdarlıqlarına baxmayaraq, azarkeşlərin meydana əşyalar atmağa davam etməsi Rizniki narahat edib. O, qapısına qayıtmaqdan imtina edib. Bundan sonra hakim Georgi Kabakov anons verdirib. Anonsdan sonra Riznikin hələ də meydanın mərkəzinə yaxın ərazidə olduğunu görən “Beşiktaş”ın qolkiperi Mert Günok əsəbi şəkildə ukraynalı qolkiperin yanına gəlib.
Mert Günok Riznikə sərt şəkildə qapısına getməsini deyib. Buna görə Mert Günok hakim tərəfindən sarı vərəqə ilə cəzalandırılıb. Dmitro Riznik də oyunu ləngitdiyi üçün sarı vərəqə alıb.

Leave a Reply