Bülent Ersoy son günlərdə bir tanışına verdiyi 16 min lirəlik borcun dekontlarını sosial mediada paylaşaraq diqqət çəkib. Xəyanətə uğradığını eyham edən müğənni, “Yalvar-yaxar istədiyiniz pulu təcili geri göndərin” deyə sərt mesaj verib. Diva indi də dəbdəbəni rahatlıqla birləşdirən cəsarətli addımı ilə gündəmdədir. Antalyadakı möhtəşəm villasında dincələn Bülent Ersoy canı dönər istəyincə, Ankaradan şəxsən bir dönər ustası gətizdirib.
Xüsusi Ziyafət: Hovuz Başında Dönər Hazırlığı
O, villasının hovuz başına dönər stendi qurduraraq təzə-təzə kabab kəsdirib. Dönər ustasının öz əlləri ilə ona yemək yedizdirdiyi anlar böyük maraq doğurub. O, Ankaradan gələn ustaya təşəkkür edərək, “Buralara qədər zəhmət çəkdiniz. Ayaqlarınıza, əllərinizə sağlıq” deyib.
Sosial Şəbəkələrdə Geniş Müzakirələr
Bu dəbdəbəli anlar qısa müddətdə sosial mediada geniş müzakirələrə səbəb olub. Minlərlə istifadəçi “Pul var, rahatlıq var”, “Biz onun yaşam standartlarını təsəvvür belə edə bilmərik”, “Məgər bu, 16 min TL borcun dalınca düşən Bülent Ersoy deyilmi?” kimi şərhlər yazıb.
Dönər türk mətbəxinin məşhur yeməklərindən biridir.
Leave a Reply