Category: Gündəm

  • Hava limanı taksi tarifləri Konstitusiyaya zidd

    Hava limanı taksi tarifləri Konstitusiyaya zidd

    Heydər Əliyev Beynəlxalq Hava Limanında Taksi Tarifləri Monitorinq Edilib: Ombudsman Aparatından Sərt Tənqid

    Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı Heydər Əliyev Beynəlxalq Hava Limanında qüvvəyə minən yeni taksi xidməti tarifləri ilə bağlı genişmiqyaslı monitorinq aparıb. Aparılan araşdırmalar nəticəsində mövcud vəziyyətin bir sıra ciddi problemlərə yol açdığı müəyyən edilib.

    Yeni Qaydalar Sərnişin Seçimi və Rəqabət Mühitini Məhdudlaşdırır

    Monitorinq nəticəsində bəlli olub ki, tətbiq edilən yeni qaydalar qiymətlərin süni şəkildə artmasına, sərnişinlərin seçim imkanlarının əhəmiyyətli dərəcədə məhdudlaşdırılmasına səbəb olur. Bundan əlavə, lisenziyalı taksi xidmətləri göstərən şəxslər üçün bərabər rəqabət şəraitinin yaradılmadığı, sürücülərin iqtisadi itkilərlə üzləşdiyi və cəmiyyətdə sosial narazılıqların yüksəldiyi vurğulanıb.

    Konstitusiyaya Zidd Tarif Siyasəti

    Ombudsman Aparatı, tətbiq edilən taksi tarifləri siyasətinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsi (bərabərlik hüququ) və 59-cu maddəsi (azad sahibkarlıq hüququ), habelə Rəqabət Məcəlləsinin müddəalarına uyğun gəlmədiyini bildirib. Bu vəziyyət bazar iştirakçıları arasında qeyri-sağlam rəqabət mühitinin formalaşmasına zəmin yaradır.

    Aidiyyəti Qurumlara Müraciət Ediləcək

    Ombudsman tərəfindən vətəndaşların konstitusion hüquqlarının təmini, taksi tariflərinin şəffaf və ədalətli mexanizm əsasında formalaşdırılması, bütün lisenziyalı taksi xidmətləri üçün bərabər imkanların yaradılması, rəqabət mühitinin qorunması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi məqsədilə aidiyyəti dövlət qurumlarına monitorinqin nəticələri ilə bağlı rəsmi müraciət ünvanlanacaq.

    Digər Qurumların Araşdırması və Yeni Qiymətlər

    Bundan əvvəl Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi də hava limanındakı yeni tariflərin araşdırıldığını bəyan etmişdi. Qeyd edək ki, taksi operatorları bu yaxınlarda hava limanından sifariş vermək istəyən sərnişinlər üçün yeni seçim kateqoriyası yaradıb ki, bu kateqoriyada qiymətlər əvvəlkindən dəfələrlə artıqdır.

    Hazırda aeroportdan şəhərə daşımalar 5-6 manatdan başlayır. 3-25 kilometr məsafələr üçün hər kilometrə görə ödəniş 80-95 qəpik, 26 kilometr və daha uzun məsafələrdə isə 70 qəpik təşkil edir. Bu qiymətlər nəqliyyat xərclərində əhəmiyyətli artıma səbəb olur.

    24 saat

  • Şəmşad Ağa: “Burada səhiyyədən başqa hər şey var: rüşvət, özbaşınalıq, biganəlik”

    Şəmşad Ağa: “Burada səhiyyədən başqa hər şey var: rüşvət, özbaşınalıq, biganəlik”

     “Meydan TV işi” üzrə həbs olunmuş jurnalist,  “Arqument.az” saytının baş redaktoru Şəmşad Ağa Penitensiar Xidmətin Müalicə Müəssisəsindən yazır:

    8 aydır ki, səhhətimdə davam edən problemlərlə bağlı sentyabrın 13-də Penitensiar Xidmətin Müalicə Müəssisəsinə (PXMM) yerləşdirildim. Açığı, sağlıq durumumla bağlı problemimi ictimailəşdirməməyə çalışırdım. Düşünürdüm ki, çöldəki həkim dostlarım tövsiyələri və evdən gətirdiyim dərmanların hesabına kamera şəraitində müalicəmi davam etdirib yarana biləcək fəsadları önləyə bilərəm. Həm də istəmirdim ki, kimlərsə səhhətimlə bağlı manipulyasiya etdiyimi düşünsün, avtoritar bir hakimiyyətin siyasi girovu kimi dəyanətimi sorğulasın. Lakin dərmanlar və müalicə effekt vermədiyi üçün həkim dostlarım mədə-bağırsaq sistemimin ciddi müayinəsini tövsiyə etdilər. Sağ olsunlar təcridxanadakı həkimlər (sançast) də müraciətimi müsbət qarşılayaraq mənim Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülməyimi təmin etdilər. 

    Beləliklə, sentyabrın 13-də Müalicə Müəssisəsinə aparıldım. Müalicə Müəssisəsində məni öncə əməliyyat rəisi Azər Əliyev, daha sonra müəssisə rəisinin müavini Rövşən Mirzəxanlı qəbul etdi. Ənənəvi “profilaktik söhbət”dən sonra qəbul şöbəsinə yerləşdirildim. Bildirdilər ki, həftəsonu olduğu üçün tibbi prosedurlar bazar ertəsi başlayacaq. Açığı, 8 ay təcridxanada saxlanılan biri kimi qəbul şöbəsinə gələndə daha, hətta qat-qat ağır bir mənzərə ilə qarşılaşacağımı təsəvvür etmirdim: şəraitsiz və antisanitariya vəziyyətində olan 14 nəfərlik otaqlarda o qədər sıxlıq vardı ki, bəzi xəstə məhbuslar yerdə yatırdılar. Heç bir mübaliğəyə yol vermirəm: bura xəstəxanadan çox, Sovet dövrünün ağır islah əmək düşərgələrinə bənzəyirdi ki, biz bunu ancaq kitab və filmlərdə görmüşük. Ölkənin mərkəzində-paytaxtında yerləşən bir tibb ocağında insan əzabının son həddi yaşanır və bu qapalı məkanda səhiyyədən başqa hər şey var: rüşvət, özbaşınalıq, biganəlik, insan həyatı üzərində oyunlar… Ayağını qapıdan içəri qoyan hər kəsə potensial pul mənbəyi kimi baxılır…

    Bazar ertəsi yüzlərlə xəstə kimi növbəyə duraraq formal tibbi prosedurlardan-USM, kardioqramdan keçdim, qan analizi verdim. Dedilər ki, rentgen həkimi küsüb işə gəlmədiyi üçün rentgen sabaha qalır. Niyə formal prosedurlar deyirəm? Çünki eyni prosedurlar təcridxananın tibb məntəqəsində də var və buradan daha abırlıdır. Rentgenden keçdikdən 1 gün sonra isə 2-3 həkimin balaca bir otaqda təşkil etdiyi komissiyada məhbusların sağlamlıq durumları ilə bağlı şikayətləri dinlənildi. Bu komissiya daha çox çayxana mühitində baş tutdu: kimi telefonunda oyun oynayır, kimi də xəstəni ayaq üstdə saxlayıb hansısa dostu ilə laqqırtı vuraraq baş tutacaq “qonaqlıq”dan danışır. Bəli, tam bir çayxana mühiti…

    Təsəvvür edin ki, bu boyda ədliyyə sisteminin yalnız 1 USM həkimi var, o da 17 Cəzaçəkmə Müəssisəsinə, neçə təcridxanaya və s. baxır. Belə bir şəraitdə hansı keyfiyyətli səhiyyədən danışmaq olar? Öyrəndim ki, savadlı həkimlər PXMM-ni tərk edir, maaş azlığından başqa özəl klinikalarda iş axtarırlar. Ona görə də meydan savadına əmin olmayan, başqa yerdə iş tapa bilməyən çayxana həkimlərinin ümidinə qalıb…

    Demək olar ki, 1 həftədir buradayam, amma keçdiyim formal müayinələrin cavabı heç şifahi olaraq da mənə bildirilmədi. Digər məhbuslardan soruşdum, onlarda da vəziyyət eynidir…

    Müalicə Müəssisəsinin rəisi Mail Məmmədovla görüşmək istəsəm də, “qonağı var” deyib hər gün bir bəhanə gətirdilər, ya da özü görüşməkdən, qəbul etməkdən yayındı. Mədə-bağırsaq problemi ilə bağlı müraciət etdiyimi deyəndə isə həkimlər MM-də endoskopiya və kolonoskopiyanın olmadığını, bunun üçün özəl klinikalara müraciət etməyimi tövsiyə etdilər. Bildirdilər ki, öncə istintaq orqanı razılıq verməli, sonra ailə üzvlərim hansısa özəl klinikaya müraciət edib göndəriş almalıdırlar. Bütün müalicə xərclərini ailə üzvlərim qarşılamalı, əgər cərrahi əməliyyata gərək olarsa, onu da özüm və ya ailə üzvlərim ödəməlidir. Məlum oldu ki, digər məhbuslarla da bağlı vəziyyət belədir. Ailə üzvləri klinikaya ödəniş edərək onların MRT və digər prosedurlardan keçməsini təsdiq edən göndərişlər alıb və növbəyə durublar. Təsəvvür edin ki, ucqar rayonlardakı xəstəxanalarda belə bir sıra tibbi cihazlar var, amma ölkənin paytaxtında 50 mindən çox məhbusun həyatına görə məsuliyyət daşıyan bir tibb müəssisəsində MRT, kolonoskopiya və endoskopiya yoxdur.

    Bəs milyonlarla vəsait hara xərclənib? Baş həkim Hikmət Aydəmirovun qəbuluna getdim. Adam həkimdən çox, həbsxana rəhbərinə bənzəyir. Xəstələrlə elementar davranış qaydalarını bilmir, soyuq, köntöy bir adamdır. Sanki həkim deyil, hansısa “KAMAZ”dan düşürülüb, vəzifəyə otuzdurulub. Deyilənə dörə, Baş İdarənin rəisi Cəmil Kamillinin himayəsindədir. O, bura baş həkim qoyulandan faktiki ikitirəlik yaranıb, Mail Məmmədova tibbi personalın işinə müdaxilə etməsinə qadağa qoyub. Müalicə Müəssisəsində vəziyyət olduqca acınacaqlıdır. Nəzarətçidən tutmuş ən yüksək rütbəli zabitə qədər, tibb bacısından tutmuş həkimə qədər hər kəs dustaqdan pul umur. Hətta şöbə və palatalar “burjuy” və “kasıb” olaraq seçilir, yerlər, otaqlar satılır. Qəbul şöbəsi ən kasıbı və müvəqqəti sayılır, amma orda da bəzi məhbuslara köhnə çarpayılar 1 həftəlik 20 manata satılıb. Uzun sözün qısası, burada baş verənlərdən saatlarla danışmaq olar, yəni, yazıb-pozmaqla tükənməz. Hələ parkda həbs edilən keçmiş məmurlara, iş adamlarına satılan yüksək şəraitli otaqları demirəm.

    Mən burada çox dəhşətli insan taleləri ilə qarşılaşdım, hər iki gözü tutulmuş məhbus qazi, bir gözü tam tutulmuş, bir gözü isə 5 faiz görən din alimi, hər gecə ürəktutmasından az qala keçinən, ən yüksək təzyiqdən əziyyət çəkən, amma buna rəğmən heç bir yardım edilmədən Cəzaçəkmə Müəssisəsinə  “etap” edilən məhbuslar gördüm. Bir anlıq özümü hansısa tibb ocağında deyil, Stalinizmin Solovki düşərgələrində hiss etdim. Və nəhayət 1 həftənin tamamında hər kəsə 1 gün öncə “etap” edildiyi deyilsə də, mənə bir saat qalmış Kürdəxanıya “etap” ediləcəyimi dedilər, həm də heç bir tibbi yardım edilmədən. Bu biganəlik, anarxiya, özbaşınalığın hökm sürdüyü antisanitar şəraitdə bir daha düşündüm: Azərbaycanın ədliyyə sistemi metastaz verib: məhkəməsində ədalət yoxdur, tibb ocağında səhiyyə, təcridxana və həbsxanası da dözülməz durumda. 1 saat sonra Kürdəxanıya- mənim üçün ayrılmış ofisə-evə yola düşəcəyəm. Yazdıqlarım isə PXMM-də baş verənlərin kiçik bir qismidir. Buna rəğmən PXMM-dəki mənzərəni bir cümlə ilə belə ifadə edirəm: Burada ən dəyərli şey pul, ən ucuz şey insan həyatıdır…

    Şəmşad Ağa 

    Penitensiar Xidmətin Müalicə Müəssisəsi, 

    Bakı 20.09.2025 

     

  • Oyuncaq zənn etdi: 2 min illik xəzinə tapıldı

    Oyuncaq zənn etdi: 2 min illik xəzinə tapıldı

    Torpağın Gizlinləri: Min illik Broş Kəşfi

    Dorsetdə yaşayan Turner Puddletown yaxınlığındakı tarlalarda apardığı axtarışlar zamanı gözlənilməz bir kəşfə imza atıb. Tapıntını təmizlədikdən sonra üzərində “tunc xəstəliyi” izləri olduğunu görən Turner, onun yaşının çox qədim olduğunu güman edib. O, dərhal bu tapıntını yerli səlahiyyətlilərə təhvil verib və kəşfinin təsdiqlənərək qeydə alınacağı bildirilib.

    Tapılan Tarixi Əsər İki Min İldən Çox Yaşlıdır

    Mütəxəssislərin bildirdiyinə görə, aşkarlanan broş e.ə. 1-ci əsr ilə b.e. 1-ci əsrinin arasına, yəni Dəmir Çağının son dövrlərinə və Roma İmperiyasının Britaniyaya yürüş etdiyi zamanlara aiddir. Bu, əşyanın ən azı 2000 il əvvələ təsadüf etdiyini göstərir. Əgər hər hansı bir hüquqi sahibi çıxmazsa, tapıntı Turnerə qaytarılacaq. Turner isə onu yerli bir muzeyə bağışlamaq barədə düşünə biləcəyini qeyd edib.

    Həvəskar Axtarışçının Digər Tarixi Əsər Kəşfləri

    Üç il əvvəl oğlu ilə birlikdə metal axtarışı hobbisinə başlayan Turner, bu qısa müddət ərzində yüzlərlə dəyərli əşya aşkar edib. O, verdiyi müsahibədə “girdiyim hər tarlada mütləq nəsə tapıram. Hazırda qədim əşyalarla dolu 13 qutum var,” sözlərini söyləyib. Turnerin ən əhəmiyyətli kəşflərindən biri də 14 ədəd Tunc Çağı baltası olub. O, bu qiymətli parçaları Londondakı Britaniya Muzeyinə bağışlayıb. Turner öz hisslərini belə ifadə edib: “4500 il sonra bu əsərləri ilk dəfə əlinizə aldığınızda hiss etdiyiniz şey inanılmazdır. Həyatınız boyu bəlkə də belə bir kəşf edə bilməzsiniz.” Böyük Britaniyada mövcud qanunvericiliyə əsasən, əsər rəsmi olaraq xəzinə elan edilib və muzey tərəfindən satın alınarsa, onu tapan şəxs mükafat almağa haqq qazanır.

    24 saat

  • 80 mənzillik sərvət: Daha 4 belə daş var

    80 mənzillik sərvət: Daha 4 belə daş var

    Ötən il Botsvanada kəşf edilən 2.488 karatlıq nəhəng almaz “Motswedi”, indiyədək tapılan ən qeyri-adi daşlardan biri hesab olunur. Belçikada aparılan ilkin araşdırmalar, “Motswedi”nin təkbaşına yüz milyonlarla dollarlıq sərvət təmsil edə biləcəyini ortaya qoydu. Bu tək daşın onlarla mənzilin qiymətinə bərabər olması, bir çox insanın maddi dəyərlər haqqında qavrayışlarını sarsıtdı.

    Nadir Almaz Kolleksiyası

    Kanadanın Lucara Diamond şirkətinə məxsus Karowe mədənində hasil edilən almaz, ölçüsü ilə dünya zərgərlik bazarında böyük maraq oyatdı. Lucaranın tərəfdaşlarından HB Antwerp şirkətinin sözçüsü Margaux Donckier bildirdi ki, “Bu ölçüdə bir daşın qiymətini təyin etmək üçün kəsildikdən sonra əldə edilən xalis məhsulun həcmini görmək lazımdır.” Lakin şirkətin əlində “Motswedi” ilə yanaşı, daha dörd nəhəng almaz mövcuddur. Bu kolleksiyanın ümumi dəyərinin ən az 100 milyon dollar olacağı proqnozlaşdırılır.

    Afrikanın Sərvəti, Dünya Bazarının Diqqəti

    Botsvanadakı Karowe mədəni əvvəllər də nəhəng daşlarla diqqət mərkəzində olmuşdu. 2019-cu ildə hasil edilən 1.758 karatlıq “Sewelo” o dövrün rekordunu qırmışdı. Lakin tarixin ən böyük almazı 1905-ci ildə Cənubi Afrikada aşkar edilən 3.106 karatlıq “Cullinan” olaraq qeydə alınıb. Cullinan-dan kəsilən hissələrdən ən məşhuru bu gün hələ də London Qülləsində, Britaniya Kraliyyət zərgərlik əşyaları arasında nümayiş etdirilir və Afrika Ulduzu adıyla tanınır.

    Motswedi: Milyarderlərin Hədəfi və Muzeylərin Arzusu

    Mütəxəssislər, Motswedinin nadir tapılan ölçüsünə görə muzeylərdə sərgilənə biləcəyini, eyni zamanda kolleksiyalarını zənginləşdirmək istəyən milyarderlərin də diqqət mərkəzində olduğunu bildirirlər. Hazırda dünyanın dörd bir yanından alıcılar bu daşı əldə etmək üçün növbəyə durublar.

    24 saat

  • Trump-ın Qəzza seçimi masada bəlli oldu

    Trump-ın Qəzza seçimi masada bəlli oldu

    QƏZZA MƏSƏLƏSİ: AVRUPA YOX, ORTA ŞƏRQ HƏLL EDƏCƏK

    ABŞ prezidenti Donald Trampın Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasındakı əsas gündəmi Qəzzada davam edən qətliamlar olub. Tramp, əvvəldən İsrailin tərəfində olduğunu açıq şəkildə bildirsə də, “vəziyyətin tezliklə həll olunması vacibdir” deyə vurğulayıb.

    Lakin ABŞ prezidentinin “bu vəziyyəti həll etmək üçün” kimlərlə birgə fəaliyyət göstərdiyi, sözləri qədər davranışları ilə də özünü büruzə verib.

    Donald Trampın oturduğu iki masanın iki fərqli düzülüşü bütün dünyaya vacib bir mesaj göndərir: Qəzza problemi Avropada deyil, Orta Şərqdə həll olunacaq.

    QƏZZA PROBLEMİNİN HƏLLİ ÜÇÜN AVRUPA DEYİL, ORTA ŞƏRQ MÜTTƏFİQLİYİ

    Birləşmiş Millətlər Baş Assambleyasında Avropanı sərt tənqid edən Tramp, Avropa ölkələrinin “cəhənnəmə döndüyünü” dəfələrlə qeyd edib.

    BMT Baş Assambleyasında səslənən çıxış, ötən ilin avqust ayında Avropa liderlərini qarşısına alaraq danışan Trampın görüntülərini yada saldı. ABŞ prezidenti bir daha Avropanı aşkar şəkildə danlayıb.

    Dünyanın ən zəngin ölkələrinin liderlərini tənqid edən ABŞ prezidentinin mövqeyi, Qəzzadakı qətliamı Körfəz ölkələri ilə müzakirə etdiyi masadakı mövqeyindən çox fərqlənib.

    Birləşmiş Millətləri “işə yaramayan bir qurum” kimi xarakterizə edən, hətta daha çox problem yaratdığını iddia edən Donald Tramp, Pakistan, Qətər, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya və Misir liderlərinin iştirak etdiyi masada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı yanına oturdaraq “bu gün burada keçirilən ən vacib toplantı, bu masada baş tutur” sözləri ilə çıxışına başlayıb.

    Avropa ölkələrini “Qəzzadakı müharibəni daha da pisləşdirməkdə” günahlandıran Tramp, Ərdoğanın yanında “bir şeyi bitirmək üçün buradayıq” deyə danışıb.

    Qəzza məsələsində sərhədlərini dəqiq müəyyənləşdirən ABŞ prezidenti, Avropanı zəif və qeyri-kafi hesab edərkən, İslam ölkələri ilə əməkdaşlığa hazır olduğunu açıq şəkildə göstərib.

    İsrailin Qətərə qarşı hücumundan sonra diplomatiyaya ağırlıq verən Trampın Ərdoğanı da yanına oturtması, Qəzzadakı sülh danışıqlarının necə formalaşacağı barədə də bir fikir verib.

    Lakin Trampın Orta Şərq ölkələrinə qarşı bu mövqeyinin tək səbəbi Qəzza problemi deyil.

    KÖRƏF QUŞU ƏLDƏN UZAQLAŞIR

    ABŞ-ın təsir dairəsindən gündən-günə daha da uzaqlaşan bu Orta Şərq ölkələri, İsrailin təcavüzkar hərəkətləri ilə daha da bezginliyə sürükləniblər.

    Trampı hədiyyələrə qərq edən Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ kimi dövlətlərin davamlı olaraq İsrail təhdidi altında olması, onları yeni tərəfdaşlıqlar axtarmağa sövq edə bilər. Sələfi cərəyanının güclü olduğu bəzi region ölkələri arasında bu vəziyyət, yeni siyasi münasibətlərin qurulmasına zəmin yarada bilər.

    Səudiyyə Ərəbistanının Pakistanla bağladığı nüvə mühafizəsi müqaviləsi bunun ilk nümunəsi olub. Digər tərəfdən Pakistan da ABŞ-ın Hindistana olan dəstəyi səbəbindən Çinə yaxınlaşıb.

    Trampın neft və təbii qazla zəngin olan bu Orta Şərq ölkələrində vacib və strateji maraqları olduğu halda, onun “problem qaynağı” kimi gördüyü Avropada heç bir marağı yoxdur.

    Avropa, Trampın gözündə daimi qorunmağa ehtiyac duyan bir borc mənbəyidir. Digər tərəfdən, Qəzzadakı müharibənin həllini tapması, ABŞ-ın Orta Şərqdə gəlirli razılaşmalar əldə etməsi anlamına gələcək.

    İki masa arasındakı fərq, işin təməlində yenidən ABŞ-ın əldə edəcəyi mənfəətə söykənib.

    24 saat

  • Almaniya nazir Işıkhanı təkzib etdi

    Almaniya nazir Işıkhanı təkzib etdi

    İşıqhanın Almaniya nümunəsi və sosial siyasət müzakirələri

    Türkiyənin Əmək və Sosial Müdafiə Naziri İşıqhan, Almaniya nümunəsini göstərərək pensiya ödənişləri mövzusunda açıqlama verib. Nazir İşıqhan qeyd edib ki, Almaniyada bir şəxs 40 il çalışıb 20 il pensiya aldığı halda, Türkiyədə vəziyyət əksinədir. O, həmçinin Almaniyada sosial dövlət strukturunun kiçilməsinin vacibliyinə dair xəbərlərin yayıldığını bildirib.

    Almaniyada sosial yardımların həcmi və strukturu

    Almaniya Statistika İdarəsinin açıqladığı rəqəmlərə görə, 2024-cü ildə sosial yardımların ümumi həcmi 1 trilyon 354 milyard Avro təşkil edib. Yardımlar bir əvvəlki illə müqayisədə 14.8% artıb. 2025-ci ilin avqust ayına olan məlumatlara görə, bütün sosial yardımlara sərf olunan xərclər əhəmiyyətli dərəcədə yüksəlib. Ölkənin Əmək Nazirliyi bu rəqəmləri qrafiklə də dərc edib.

    Üstəlik, sosial yardım xərclərinin 56.5%-i yaşlılıq pensiyalarına, pensiya alıb gəliri az olanlara və az maaş alanlara yönəldilib. Yaşlılara və pensiyaçılara edilən yardımlardakı artım bir əvvəlki illə müqayisədə 13.3% olmaqla 11.4 milyard Avro təşkil edib. Uzunmüddətli yardıma ehtiyacı olanlara bir ildə 17.7% artımla 5.3 milyard Avro yardım edilib. Yaşayış yardımlarındakı artım 11.1% olub və 1.6 milyard Avroya çatıb. Səhiyyə yardımlarındakı artım 19.4% təşkil edərək 1.98 milyard Avroya yüksəlib.

    Miqrantlara dəstək və maliyyə nəzarəti

    Uyğunlaşma yardımları belə 12.9% artıb. Beləliklə, ölkəyə gələn, əksəriyyəti suriyalı, əfqan və türk qanunsuz miqrantlara edilən yardımların həcmi 28.7 milyard Avroya çatıb. Almaniyada bu vəsaitin bir hissəsinin “dəstələr vasitəsilə və ya ayrı-ayrı şəxslər tərəfindən qanunsuz yollarla alınması” səbəbindən müəyyən tədbirlər müzakirə olunur.

    İşsizlik yardımı fondunda 65.7 milyard Avro, Qocalar üçün Baxım və ya ümumi baxım sığortasında 65.7 milyard Avro, Qəza sığortasında isə 16 milyard Avro vəsait mövcuddur. Cəmi sosial yardımlar və fondlar 1 trilyon 354 milyard Avroya çatır. Pensiya kassasında, yəni Almaniyanın Sosial Müdafiə Təşkilatında (SGK) hazırda 408.2 milyard Avro vəsait mövcuddur ki, bu da bütün pensiya ödənişlərini qarşılayır və ödənilən sığorta haqları ilə fond demək olar ki, sabit qalır.

    Dövlət xərclərində qənaət tədbirləri

    Sosial yardımlar və xərclər artarkən, dövlət və ictimaiyyətin xərcləri azalır. Almaniyada baş nazir və nazirlər hərbi aviasiyaya məxsus iki təyyarədən istifadə edir. Rəsmi vəzifələr istisna olmaqla, ailə üzvləri, jurnalistlər və iş adamları bu təyyarələrə buraxılmır. Onlar uçmaq istədikdə, hər kəs öz ödənişini edir. Ölkə Prezidentinin yalnız bir rəsmi təyyarəsi var və onu da yalnız rəsmi şəxslər müşayiət edə bilər.

    Avtomobil karvanları yoxdur. Ölkə Prezidentliyinin səkkiz xidməti avtomobili var. Bundan əlavə, baş nazirin iki, digər nazirlərin isə bir xidməti avtomobili mövcuddur. Almaniya Prezidenti bir yerə səfər edərkən, onu önündə bir, arxasında isə başqa bir mühafizə avtomobili və səkkiz polis motosikleti müşayiət edir. Almaniyadakı dövlət qurumlarının qapılarında xidməti avtomobillərin yığılması müşahidə edilmir. Nazirlərin bir çoxu artıq velosiped sürür və ya elektrikli nəqliyyat vasitələrindən istifadə edir. Nazirlərə və ya yüksək səviyyəli siyasətçilərə, rəsmi xarici ezamiyyətlər istisna olmaqla, təyyarələrdən istifadə etmək qadağandır. Hətta dövlət hesabına həyata keçirilən uçuşlarda toplanan milləri belə şəxsi məqsədlər üçün istifadə edə bilmirlər.

    24 saat

  • Müəllim “Facebook” paylaşımlarına görə işdən çıxarıldı

    Müəllim “Facebook” paylaşımlarına görə işdən çıxarıldı

    Müəllim Yusif Bidanın işdən azad edilməsi iddiaları

    Qərbi Kaspi Universitetinin müəllimi Yusif Bidan (Yusifzadə) sosial media paylaşımları səbəbindən işindən azad edildiyini bildirib. O, sentyabrın 23-də “Facebook” səhifəsində yaydığı məlumatda tədrisə sentyabrın 15-də başladığını və cəmi üç gün sonra sosial şəbəkələrdəki paylaşımlarına görə xəbərdarlıq aldığını qeyd edib.

    Müəllimin sözlərinə görə, sentyabrın 18-də ona “WhatsApp” vasitəsilə əmək müqaviləsinə xitam veriləcəyi barədə mesaj göndərilib. Lakin mesajda işdən çıxarılmağın səbəbləri izah edilməyib. O, həmçinin universitetdə ümumiyyətlə heç bir əmək müqaviləsi olmadan işlədiyini vurğulayıb.

    Qərbi Kaspi Universitetinə qarşı irəli sürülən ittihamlar

    Ertəsi gün universitetə gələn müəllimə işdən azad edilməsi qərarının rəhbərlik tərəfindən verildiyi bildirilib. Daha sonra dərs keçdiyi fakültənin dekanı ona zəng edərək, işdən çıxarılmanın səbəbini analıq məzuniyyətindən qayıdan bir müəllimin yerinə bərpa edilməsi ilə izah edib. Lakin Yusif Bidan bu izahın həqiqəti əks etdirmədiyini iddia edir, çünki onun dərslərinin boş keçdiyini söyləyir.

    Müəllim qeyd edib ki, Qərbi Kaspi Universiteti onu müqavilə imzalamaq vədi ilə rəsmi əmək müqaviləsi olmadan işlədib. O, bu müddətdə fənn proqramları, sillabuslar və mühazirələr hazırladığını, dərslər keçdiyini, lakin sonda heç bir rəsmi səbəb göstərilmədən işdən azad edildiyini vurğulayıb. Yusif Bidan universitetin onu istismar etdiyini və işdən azad edilməsinin əsas səbəbinin sosial şəbəkələrdə etdiyi paylaşımlar olduğunu iddia edir.

    Müəllim məhkəməyə müraciət edəcəyini bildirib

    İşdən azad olunması ilə bağlı universitetə rəsmi məktub ünvanlamasına baxmayaraq, ona hələ də heç bir cavab verilməyib. Yusif Bidan bu qərarla bağlı məhkəməyə müraciət edəcəyini bəyan edib. Hazırda Qərbi Kaspi Universiteti tərəfindən bu iddialara hər hansı rəsmi münasibət bildirilməyib.

    24 saat

  • Kənd qadınlarının saç sirri: Nə ağarır, nə kəsilir

    Kənd qadınlarının saç sirri: Nə ağarır, nə kəsilir

    Çinin Quanqxi Juan Muxtar Bölgəsindəki Quilin şəhərinin Lonqşenq rayonunda yerləşən Huangluo Kəndi dünyanın “ən uzun saçlı qadınlarının kəndi” kimi məşhurdur. Lonqczi Pirinc Terraslarının yaşıl dağ mənzərələri arasında qərarlaşan bu kənd, bənzərsiz təbiəti ilə heyranedici görünüşə malikdir.

    Əsrlik Ənənə

    Bu kənddə yaşayan Qırmızı Yao etnik qrupuna mənsub qadınlar, saçlarını ömürləri boyu yalnız iki dəfə kəsirlər. İlk kəsim körpəlik dövründə, ikincisi isə 18 yaşına çatanda həyata keçirilir. Kəsilmiş saçlar heç vaxt atılmır; diqqətlə saxlanılaraq sonradan saçlara əlavə edilir. Uzun saç, Yao mədəniyyətində uzun ömür, bərəkət və rifahın rəmzi sayılır.

    Bu gün kənddəki uzun saçlı qadınların saç uzunluğu orta hesabla 1,7 metrdir, bəzi qadınların saçları isə 2,1 metri keçərək onları Ginnes Rekordlar Kitabına salmağa imkan verib.

    Gözəlliklərinin Sırrı: Pirinc Suyu

    Qadınların sirr kimi qoruduğu digər bir ənənə saç baxımındadır. Onlar saçlarını yumaq üçün fermentləşdirilmiş pirinc suyundan istifadə edirlər. Bu təbii üsul, saçların illər boyu sağlam, parlaq və qara qalmasına kömək edir. Kənddə keçirilən ənənəvi nümayişlərdə qadınlar saçlarını açaraq turistlərə bu möhtəşəm ənənəni təqdim edirlər.

    Mədəniyyətləri Diqqət Çəkir

    Kənd öz ağac memarlığı ilə də fərqlənir. İki və ya üç mərtəbəli ənənəvi evlərin alt mərtəbəsi adətən heyvan sığınacağı, orta mərtəbə yaşayış sahəsi, üst mərtəbə isə anbar kimi istifadə olunur. Kənd sakinləri əl toxuculuğu, parça boyama və ənənəvi rəqslərlə öz mədəniyyətlərini yaşadırlar.

    Turist Axınına Uğrayır

    Lonqczi Pirinc Terraslarının populyar dayanacağı olan kənd, xüsusilə son illərdə böyük turist axınına məruz qalır. 2024-cü ilin ilk yarısında təxminən 275 min ziyarətçi qəbul edən Huangluo Kəndi, təbiətlə iç-içə mədəni təcrübə axtaranlar üçün bənzərsiz bir marşrut təklif edir. Bölgəyə gələn turistlər, həm kəndin ənənəvi həyatına şahid olur, həm də qadınların Ginnes rekordlu saç nümayişlərini izləmək fürsəti əldə edirlər.

    24 saat

  • Talıbovun oğlu Gürcüstanda 8.6 milyon dollara lüks oteli geri aldı

    Talıbovun oğlu Gürcüstanda 8.6 milyon dollara lüks oteli geri aldı

    Talıbov Ailəsinin Əmlak Şəbəkəsi: Rza Talıbov Gürcüstanda Otelini Geri Alır

    Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun oğlu Rza Talıbov Gürcüstandakı lüks otelini yenidən əldə edib. Bu otel, 2023-cü ildə atasının Naxçıvandakı idarəçiliyinə qarşı təzyiqlər dövründə satılmışdı.

    Xatırladaq ki, həmin dövrdə Vasif Talıbov təxminən 30 il davam edən vəzifəsindən istefa vermiş və Naxçıvan rəhbərliyi dəyişmişdi. Rza Talıbov 2023-cü ilin yanvarında “Divan Suites” adlı otelini satdıqdan iki ildən çox müddət sonra onu geri qaytarıb. Jurnalistlərin korrupsiya araşdırmaları layihəsi olan OCCRP bu barədə məlumat yayıb.

    Səhm alqı-satqı sənədlərinə əsasən, Rza Talıbov bu ilin mayında Batumidəki oteli geri almaq üçün 8.6 milyon dollar ödəməyə razılaşıb.

    730 Min Dollarlıq Əlavə Torpaq Sahəsi

    OCCRP-nin araşdırması 43 yaşlı Rza Talıbovun hazırda Bakıda yüksək vəzifəli miqrasiya rəsmisi olduğunu qeyd edir. Jurnalistlər həmçinin onun Gürcüstan sahilindəki daşınmaz əmlaklarını daha da genişləndirdiyini aşkar ediblər.

    Elektron poçt vasitəsilə OCCRP-nin suallarını cavablandıran Rza Talıbov otel və sahil əmlakının Gürcüstan və Azərbaycan banklarından alınan kreditlər hesabına maliyyələşdirildiyini bildirib. Onun sözlərinə görə, iki il əvvəlki satış və otelin yenidən alınması “aktivlərin və investisiyaların digər potensial hədəflərə yönəldilməsi” strategiyasının bir hissəsi olub.

    "London 1889"
    “London 1889”

    Hazırda otel “London 1889” brendi altında fəaliyyət göstərir. Rza Talıbov bu əmlakı “London 1889″un sahibi olan “B-Pearl Turizm” MMC-nin səhm paketinin 100 faizini almaqla əldə edib. Daha sonra, bu şirkət vasitəsilə əlavə daşınmaz əmlaklar da alınıb. İyul ayında şirkət Batuminin kənarında yerləşən Maxincauri qəsəbəsində 2082 kvadratmetrlik bir torpaq sahəsini 730 min dollara satın alıb.

    OCCRP qeyd edir ki, bu son alış Rza Talıbovun Gürcüstanda daşınmaz əmlak sektoruna böyükmiqyaslı qayıdışını əks etdirir.

    Talıbov Ailəsinin 63 Milyon Dollarlıq Əmlakı

    1995-ci ildən Naxçıvan Ali Məclisinə sədrlik edən Vasif Talıbovun idarəçiliyi dövründə bu region “Azərbaycanın Şimali Koreyası” kimi sərt idarəetməsi ilə tanınmışdı, deyə OCCRP vurğulayır. Bu illər ərzində Talıbov ailəsi sərvətini artırmış, onların aktivlərinə 100 faiz ailə üzvlərinə məxsus “Naxçıvan Bank” da daxil olmuşdu.

    2022-ci ilin sonunda Vasif Talıbovun administrasiyasına qarşı təzyiqlər güclənmiş və o, həmin il dekabrın 21-də istefa vermişdi. Azərbaycan hökuməti Naxçıvanın yeni rəhbərliyinin korrupsiya ilə mübarizə aparacağını bəyan etmişdi.

    OCCRP 2022-ci ildə Rza Talıbov və qardaşı Seymurun saxta şirkətlərdən şübhəli köçürmələr vasitəsilə 20 milyon dollardan çox vəsait əldə etdiyini üzə çıxarmışdı. Həmçinin, qardaşların BƏƏ-də və Gürcüstanda 63 milyon dollarlıq əmlak aldığı bildirilmişdi. O zaman qardaşlar bu iddialara şərh verməmişdilər.

    Rza Talıbov son əməliyyatlarla bağlı OCCRP-nin suallarını cavablandırmasa da, Azərbaycan qanunvericiliyinə görə, dövlət qulluqçusu olaraq hüquqi şəxslərdə səhm və ya pay sahibi olmasının qadağan olunmadığını qeyd edib.

    “Dövlət qulluğu haqqında” Qanun isə dövlət qulluqçusunun hər il qulluq keçdiyi orqanın rəhbərinə gəlirləri və əmlak vəziyyəti barədə maliyyə hesabatı təqdim etməsini, orada əlavə gəlirlərin mənbəyini, növünü və məbləğini göstərməsini tələb edir.

    Rza Talıbovun gəlir deklarasiyası verib-vermədiyi isə ictimaiyyətə açıqlanmayıb. İndiyədək Talıbovlar ailəsindən heç kəs mənimsəmə, yaxud vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunmayıb.

    Keçmiş Naxçıvan Məmurlarının Etirafları

    Naxçıvanın bir sıra keçmiş vəzifəliləri külli miqdarda mənimsəmələrdə təqsirli bilinsələr də, onlara yüngül cəzalar tətbiq edilib. Məsələn, Naxçıvanın keçmiş maliyyə naziri Rafael Əliyev 145 milyon manata yaxın büdcə vəsaitinin yeyintisində təqsirli tanınıb, lakin məhkəmə ona şərti cəza kəsib. R.Əliyev məhkəmədə iddia edib ki, ittihamda nazir olduğu dövrdə mənimsədiyi göstərilən 3 milyon 120 min manatı özü götürməyib, Naxçıvan MR Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun oğlu S.Talıbova verib.

    Regionun keçmiş gömrük komitəsinin sədri Səhət Həbibbəyli isə gömrükdə rüsum kimi toplanan qeyri-rəsmi ödənişlərin – hər ay 2.5-3 milyon dolların rəhbərliyə çatdırıldığını etiraf edib. Onun sözlərinə görə, o, Vasif Talıbova hər il 30 milyon dollardan çox pul çatdırırmış.

    Azərbaycan hökuməti ölkədə korrupsiya ilə sistematik və davamlı mübarizə aparıldığını bəyan edir. Son illərdə bir sıra rayonların icra hakimiyyəti başçıları və yüksəkvəzifəli dövlət qulluqçuları mənimsəmə və rüşvətxorluq ittihamları ilə həbs edilib və mühakimə olunublar. Lakin “Transparency International” təşkilatının 2024-cü il Korrupsiyanı Qavrama İndeksinə görə, Azərbaycan 100 baldan 22 bal toplayaraq 180 ölkə arasında 154-cü sırada yer alıb. Ölkənin reytinqi əvvəlki illə (2023) müqayisədə dəyişməsə də, balı 1 pillə azalıb.

    Hakimiyyətin yüksək eşelonunda korrupsiyanı ifşa edən “AbzasMedia” jurnalistləri isə hazırda müxtəlif iqtisadi cinayətlərdə təqsirli bilinərək uzunmüddətli həbs cəzası çəkirlər. Onlar məhz korrupsiya araşdırmalarına görə cəzalandırıldıqlarını bildirirlər.

    24 saat

  • 120 ilin ən böyük kəşfi: Dünya görməyə axışır

    120 ilin ən böyük kəşfi: Dünya görməyə axışır

    Motswedi almazının dəyəri hələ məlum deyil

    HB Antwerp şirkətinin ictimaiyyətlə əlaqələr direktoru Marqo Donkiyerin verdiyi məlumata görə, bu nəhəng daşın satış qiymətini indidən müəyyən etmək olduqca çətindir. O qeyd edib ki, daş bazara çıxarılmadan əvvəl onun detallı şəkildə araşdırılması və cilalandıqdan sonra necə bir nəticə verəcəyinin öyrənilməsi vacibdir.

    Son 120 ilin ən böyük kəşfi

    Kanada mədənçilik şirkəti Lucara tərəfindən çıxarılan Motswedi, “son 120 ilin ən böyük kəşfi” kimi qiymətləndirilir. Bu, 1905-ci ildə Cənubi Afrikada tapılan və 3.106 karat ağırlığında olan Cullinan almazından sonra dünyada aşkar edilən ən böyük daşdır. Cullinan daha sonra doqquz hissəyə bölünmüş və bu parçaların əksəriyyəti Britaniya Kral ailəsinin zinyət əşyalarının bir hissəsinə çevrilmişdi.

    Ən azı 100 milyon dollar dəyərində

    Motswedinin hələ dəqiq qiymət etiketi olmasa da, indidən dünyanın dörd bir yanından böyük marağa səbəb olub. HB Antwerp, onu eyni mədəndə tapılan üç digər dəyərli daşla birlikdə nümayiş etdirir. Bu daşların arasında dünyanın üçüncü ən böyük almazı da yer alır.

    Donkiyerə görə, bu dörd daşın ümumi dəyəri ən azı 100 milyon dollardır. O vurğulayıb ki, bu cür böyük ölçülü daşlar o qədər nadirdir ki, onlar asanlıqla bir muzeyə də gedə bilər və ya kolleksiyasına yeni bir parça əlavə etmək istəyən bir şeyxin əlinə keçə bilər.

    Qolf topundan belə böyük

    Paylaşılan fotolarda daşın bir insanın ovucunda nəhəng boyutuyla durduğu, hətta qolf topunu belə kölgədə qoyduğu müşahidə olunur.

    Bu almaz Botsvananın paytaxtı Qaboronedən təxminən 480 kilometr şimalda yerləşən Karowe mədənində tapılıb. Eyni mədəndə son illərdə 1.758 karatlıq Sewelo və 1.109 karatlıq Lesedi La Rona adlı daşlar da aşkar edilmişdi.

    2017-ci ildə məşhur zinyət milyarderi Laurence Graff, Lesedi La Rona-nı 53 milyon dollara satın almış, 2019-cu ildə isə Fransız moda nəhəngi Louis Vuitton, Sewelo-nu açıqlanmayan bir məbləğə kolleksiyasına əlavə etmişdi.

    24 saat