Beşiktaşın sağ cinah müdafiəçisi transferi bitmək bilməyən transfer hekayəsinə çevrilib. Son anda ləğv olunan Kyle Walker-Peters müqaviləsinin pərdəarxası məqamları üzə çıxıb.
Ailə səbəbləri bəhanə idi
Qara-qartalların razılığa gəldiyi və İstanbul’a gələcəyi günü elan etdiyi İngiltərəli sağ cinah müdafiəçisinin ailə üzvlərindəki problemlərə görə imza mərasiminə qatılmadığı iddia edilmişdi.
Pis rəy transferi əngəllədi
İddiaya görə, Beşiktaş’ın Peters transferinin baş tutmamasına Alex Oxlade-Chamberlain‘in də təsiri olub.
Klubla mübahisələri olan İngilis oyunçunun, həmyerlisinə Beşiktaş haqqında mənfi məlumatlar verdiyi və maaşların ödənilməsində çətinliklər yaşandığını söylədiyi bildirilir.
Chamberlain’in sözlərindən sonra 16 İyul tarixində İstanbul’a gələcəyi bildirilən Peters, 3 gün sonra Premyer Liqa komandalarından olan Vest Hem Yunayted ilə 3 illik müqavilə imzalayıb.
Leave a Reply