Kainatın ən səssiz, ən əlçatmaz tərəfi indi bir az daha danışır. Çinin Ayın qaranlıq üzünə göndərdiyi “Çang’e 6” kəşfiyyat aparatının topladığı qaya və torpaq nümunələrində nadir meteorit qalıqları aşkar edilib. Bu qalıqların Güneş Sistemi xaricindən gəldiyi müəyyən olunub.
AY TORPAĞINDA GÜNƏŞ SİSTEMİ XARİCİNDƏN QONAQ İZLƏRİ
Çin Elmlər Akademiyasına bağlı Quancjou Geokimya İnstitutunun (QGİ) tədqiqatçıları topladıqları nümunələri araşdırarkən gözlənilməz bir mənzərə ilə qarşılaşıblar. Analizlər nəticəsində nümunələrdə karbon kondrit adlanan, su və üzvi maddələrlə zəngin meteorit elementlərinin olduğu ortaya çıxıb. Bu cür tərkiblərə Yer kürəsində son dərəcə nadir rast gəlinir və onlar adətən Güneş Sistemi xaricindən gələn göy cisimlərində olur.
AYDA SU İZLƏRİNƏ İŞIQ SALA BİLƏR
Alimlərin fikrincə, bu kəşf Yer və Ayın keçmişdə çox sayda xarici mənşəli meteor toqquşmaları yaşadığını sübut edə bilər. QGİ komandası bildirir ki, bu tapıntılar Ay səthində suyun mövcudluğunu izah etməkdə, eləcə də Ayda suyun necə yayıldığını və təkamül etdiyini anlamaqda mühüm ipucları verir.
TARİXİ BİR MİSSİYA: ÇANG’E 6
Çin 2024-cü il mayın 3-də kosmosa göndərdiyi “Çang’e 6” kəşfiyyat aparatını həmin il iyunun 2-də Ayın Cənub Qütbü – Aitken Çanağındakı Apollon bölgəsinə endirmişdi. Kəşfiyyat aparatı burada topladığı nümunələri 2024-cü il iyunun 25-də uğurla Yerə geri gətirib. Beləliklə, Çin Ayın qaranlıq üzündən nümunə götürən ilk ölkə titulunu qazanıb.
YENİ SUALLARIN QAPISI AÇILDI
Bu kəşf təkcə Ayın geoloji keçmişi ilə bağlı deyil, həm də kainatın köklərinə dair yeni suallar ortaya çıxarır: Bu meteoritlər həqiqətən də Günəş Sisteminin xaricindən gəlib? Əgər belədirsə, o zaman həyatın təməl daşları kainatda zənn edildiyindən daha uzaq köklərdənmi qaynaqlanır?
Leave a Reply