Şahmatın parlaq zəkalarından biri, hələ 29 yaşında ikən həyatla vidalaşdı. Amerikalı şahmat qrosmeysteri Daniel Naroditskynin qəfil ölümü həm şahmat dünyasında, həm də onu yaxından izləyən milyonlarla heyranında dərin bir şok yaratdı. Ölüm səbəbi isə hələ də açıqlanmır.
“İstedadlı Oyunçu, Sevilən İnsan”
Şimali Karolinadakı Şarlott Şahmat Klubu, bu kədərli xəbəri sosial media hesabından yayımladı. Klub açıqlamasında Naroditskidən “istedadlı bir şahmatçı, ilhamverici bir təlimçi və şahmat cəmiyyətinin sevilən bir üzvü” kimi bəhs edildi. Ailəsi isə “Danieli şahmata olan həvəsi, oyuna duyduğu sevgisi və hər gün ətrafına yaydığı ilhamla xatırlayaq” ifadələrini işlətdi.
Uşaq Dahisiydi, Gənc Yaşda Qrosmeyster Oldu
Ukrayna və Azərbaycan kökənli bir ailədə ABŞ-da dünyaya gələn Daniel Naroditsky, 12 yaşa qədər kateqoriyada Dünya Şahmat Çempionu olanda adını ilk dəfə eşitdirdi. Hələ 18 yaşında şahmat qrosmeysteri (Grandmaster) titulunu alaraq ABŞ-ın ən gənc şahmat ustalarından biri oldu. Yazdığı strategiya kitabları və dərin təhlilləri ilə qısa müddətdə dünyanın hörmət etdiyi bir şəxsiyyətə çevrildi.
Klassik şahmatda dünyanın ilk 200 oyunçusu arasında yer alan Naroditsky, sürətli şahmatda (blitz) isə uzun müddət dünya reytinqinin ilk 25-liyində qaldı. 2025-ci ilin avqust ayında ABŞ Milli Sürətli Şahmat Çempionatını qazanaraq karyerasında yeni bir zirvəyə çatmışdı.
Ekranların Sevilən Üzü İdi
Naroditsky yalnız bir şahmat ustası deyil, eyni zamanda şahmatı kütlələrə sevdirməyi bacaran bir yayımlayıcı idi. YouTube və Twitch platformalarında etdiyi canlı yayımlarda həm oynayır, həm də öyrədirdi. Dünyaca məşhur qrosmeyster Hikaru Nakamura, yayımında emosional şəkildə “Yayım etməyi çox sevirdi, öyrədici olmağı da… Şahmat dünyası ona minnətdardır” sözləri ilə dostunu xatırladı.
“Getdiyimi Mi Sandınız?”
Naroditskinin ölümü ilə birlikdə sosial mediada böyük əks-səda doğuran bir detal daha üzə çıxdı. Gənc şahmat qrosmeysteri ölümündən cəmi üç gün əvvəl, “You Thought I Was Gone!? (Getdiyimi mi Sandınız!?)” başlıqlı yeni bir video yayımlamışdı. Videoda qısa bir fasilədən sonra qayıtdığını bildirərək, “Artıq əvvəlkindən də yaxşıyam, yenidən buradayam” demişdi.
Lakin bu dönüş, şahmat dünyası üçün son bir vida olmuş ola bilər. Naroditsky, geridə yalnız uğurlarla dolu bir karyera deyil, oyuna və öyrənməyə ehtirasla bağlı bir ruh qoydu.
Leave a Reply