) istifadə etməmək tövsiyə olunur. Arda Güler start heyətdə

Dünya Arda Gülərin ilk 11-də olduğu matça baxır

İspaniya La Liqasının 10-cu turu futbol azarkeşləri üçün əsl ziyafətə çevriləcək. Real Madrid öz meydanında Barselona ilə qarşılaşacaq.

“El Klasiko” həyəcanı

Oyun Bakı vaxtı ilə saat 19:15-də Santyaqo Bernabeu stadionunda başlayacaq. Qarşılaşmanı baş hakim Sezar Soto Qrado idarə edəcək. Bu möhtəşəm mübarizə S Sport və S Sport Plus kanallarında canlı yayımlanacaq.

La Liqada bu mövsüm keçirdiyi 9 oyunda 8 qələbə qazanan və 1 dəfə məğlub olan Real Madrid, 24 xalla turnir cədvəlinin lideridir. Eyni sayda oyunda 7 qələbə, 1 heç-heçə və 1 məğlubiyyət yaşayan Barselona isə 22 xalla ikinci pillədə qərarlaşıb.

Tarixin ən bahalı oyunu

Santyaqo Bernabeudakı bu görüş, “tarixin ən bahalı oyunu” adını qazanacaq. İspaniyanın Marca qəzetinin məlumatına əsasən, meydana çıxacaq hər iki komandanın ümumi dəyəri 1 milyard 771 milyon avro təşkil edərək rekord vuracaq. Barselonanın ulduzu Lamine Yamal 200 milyon avroluq dəyəri ilə dünyanın ən bahalı futbolçusu hesab olunur. Real Madridin ulduzu Vinisius Junior isə 200 milyondan 150 milyon avroya geriləyərək ikinci sıraya düşüb.

Start heyətlər

Real Madridin güman edilən heyəti: Tibo Kurtua, Federiko Valverde, Eder Militao, Devis Huijsen, Fran Karreras, Orelen Tçuameni, Eduardo Kamavinqa, Arda Güler, Cude Bellingem, Vinisius Junior, Kilian Mbappe.

Barselonanın güman edilən heyəti: Voytsex Şesni, Erik Qarsiya, Ronald Arauxo, Pau Kubarsi, Alexandro Balde, Frenki de Yonq, Pedri, Lamine Yamal, Fermin Lopes, Markus Reşford, Ferran Torres.

24 saat

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *