Qapıçı transferində Ederson sürprizi
Qapıçı mövqeyini gücləndirmək üçün hərəkətə keçən “Qalatasaray”, “Mançester Siti”nin qolkiperi Ederson üçün bütün resurslarını səfərbər edib. 31 yaşlı braziliyalı qolkiperlə ilkin razılıq əldə olunsa da, İngiltərə klubu ilə danışıqlar davam edir. “Mançester Siti”nin 20 milyon avro tələbinə qarşılıq, sarı-qırmızılılar transferi 10 milyon avro civarında tamamlamağı planlaşdırır.
Morata transferi limitə təsir edəcək
Bu transferin yeni maliyyə mənbəyi isə Alvaro Morata oldu. “Komoya” keçidi rəsmiləşən ispan hücumçudan 6 milyon avro gəlir əldə ediləcək. Bu vəsait həm transfer limitlərində yer açacaq, həm də klubun maliyyə vəziyyətini yüngülləşdirəcək. Baş məşqçi Okan Burukun xüsusi telefon danışığı apardığı Ederson transferə yaşıl işıq yandırıb. Sarı-qırmızılılar son ana qədər bu transferi reallaşdırmağa çalışacaq, əks halda alternativ variantlara üz tutacaq.
Leave a Reply