“Sarı Sualtı Qayıq” “Köhnə Qoca”-ya qarşı: Stadion azarkeşlərlə doldu
UEFA Çempionlar Liqasının ikinci həftəsində İspaniyanın “Vilyarreal” klubu ilə İtaliyanın nəhəng klubu “Yuventus” üz-üzə gəldi.
2-2 hesabı ilə başa çatan gərgin və maraqlı futbol qarşılaşması azarkeşlərin böyük marağına səbəb oldu.
Stadion ağzına qədər doldu
İspaniyada yerləşən 23 min nəfərlik “de la Ceramica” stadionunda oynanılan matça bütün şəhər axın etdi.
İspaniyanın cənubunda yerləşən və 52 min sakini olan Vilyarreal şəhərində azarkeşlər 23 min nəfərlik stadionu demək olar ki, tamamilə doldurdular.
İspan mətbuatında yer alan xəbərlərə görə, İtaliya nəhəngi ilə oynanılan oyuna bütün şəhər daxil olmaq üçün növbəyə düzülüb. Biletləri olmayan azarkeşlər belə bilet tapmaq ümidi ilə stadionun yolunu tutublar. “Yuventus” matçına böyük maraq göstərən Vilyarreal azarkeşlərindən təxminən 15 min nəfərinin matça girə bilməyərək stadionun kənarında qaldığı bildirilib.
Leave a Reply