“Fənərbaxça” klubunun Yüksək Divan Şurasının iclasında gərgin anlar yaşanıb. Klubun Kalamışdakı Faruk Ilqaz adına olan təsisatında keçirilən iclasda səslənən fikirlər tərəflər arasında mübahisələrə səbəb olub.
Ali Koç və Əziz Yıldırım arasında gərgin dialoq
İclasda ilk olaraq Əziz Yıldırım çıxış edib. Onun çıxışından sonra söz alan klub prezidenti Ali Koç Yıldırımın fikirlərinə cavab verib. İki şəxs arasında vaxtaşırı olaraq qarşılıqlı replikalar səsləndirilib.
Əziz Yıldırım ona lojaların verilmədiyini bildirib. Buna cavab olaraq Ali Koç “İstəsəniz, mənim lojamı götürün” deyib. Bundan sonra Yıldırım kürsüyə qalxaraq Ali Koç ilə qucaqlaşıb. Yıldırım Koça “İndi imzala” deyərkən, Koç isə “Mənim sözüm milyonların önündə ağzımdan çıxıb. Nə imzası?” ifadələrini işlədib.
Hamdi Akın ilə Əziz Yıldırım arasında mübahisə
İclas zamanı Əziz Yıldırım klubun idarəçisi Hamdi Akına qarşı sərt ifadələr işlədib. Həmin dialoq belə olub:
Əziz Yıldırım: “Fənərbaxçanın nə qədər borcu var, açıqlayın!”
Ali Koç: “Adamlarınızı göndərin, gəlsinlər, baxsınlar.”
Əziz Yıldırım: “25 milyard borc var. Oyunçu ala bilmirsiniz.”
Əziz Yıldırım: “Otur sən! Əsəbləşdirmə məni. Sən 3 iyulda Fənərbaxça üçün Ankaragücü ilə Trabzon adından bazarlıq etdin.”
Hamdi Akın: “Mən sizə bayaq rəqəmləri izah etdim, niyə anlamırsınız!”
Əziz Yıldırım: “Hamdi, səni çox pis vəziyyətə salaram! Otur oturduğun yerdə!”
Ali Koçun digər açıqlamaları
Ali Koç daha sonra bu fikirləri səsləndirib:
“Əziz Yıldırım başqanım, ürəyiniz rahat olsun. Onsuz da ‘bakkal kimi idarə olunur’ dediniz. İndi daha korporativ idarə olunur, hər şey şəffafdır. Klubda 2014-cü ildən əvvələ dair məlumat belə yoxdur. O barədə ürəyiniz rahat olsun.”
“Guya, mən Jose Mourinho ilə gecələr əylənirəm. Hamısı yalandır. Mourinho içki belə içmir. Futboldan başqa bir şey danışa bilmirik. Çox darıxdırıcı adamdır.”
“Siz Hamdi bəyə bir söz dediniz. Birgə yol getdiyiniz bir dostunuz, bura çıxacaq. Həmin dövrün prokurorlarının qarşısına qoyduğu ifadəni imzalayıb. Bunu siz də bilirsiniz. Çırağan Otelində təcili mətbuat konfransı təşkil edib, əvvəlcə sizi və bizi istefaya çağırmışdı. Əgər biz o gün istefa etsəydik, siz, idarəçiləriniz, dostlarımız haqsız yerə həbsxanadaykən Fənərbaxça haralara gedərdi? Utanmamış, çəkinməmiş istefaya çağırmışdı. Rəhmətlik Yüksəl Günayın camaatla əlaqələndirməsinə ‘Bu nə paranoiya, polislər işlərini çox yaxşı görüb’ deyən adamla indi yol gedirsiniz. Mən daha nə deyim! Daha davam etməyəcəyəm. Çox üzücü bir haldır.”
Leave a Reply