Fənərli ulduz hesabı bağladı

Fənərbaxça Avropa arenasında çətin sınaqdan keçdi.

Oğuz Aydın tənqidlərə tuş gəldi

Fənərbaxça, UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda Hollandiya təmsilçisi Feyenoordla qarşılaşdı. Səfərdə baş tutan oyunda əlavə vaxtda qol buraxan Fənərbaxça, rəqibinə 2-1 hesabı ilə məğlub oldu.

Bu məğlubiyyətin ardından sarı-lacivərdli komandanın üzvü Oğuz Aydın, azarkeşlərin kəskin tənqidlərinə məruz qaldı.

Sosial mediada reaksiyalar səngimir

Fənərbaxça azarkeşlərinin sosial mediada göstərdiyi sərt reaksiyalara dözməyən Oğuz Aydın, İnstagram hesabını dondurmaq məcburiyyətində qaldı.

Bu addım, azarkeşlər arasında fikir ayrılığına səbəb oldu. Bir qrup gənc futbolçunu müdafiə edərkən, digərləri tənqidləri davam etdirdi.

Ötən həftə Avropa Liqasına vida edən Beşiktaşda da bənzər hadisələr yaşanmışdı. Yurasek və Arroyo da eyni səbəblərdən hesablarını bağlamış, klub isə “kiber zorbalıq” mövzusunda açıqlama yaymışdı.

24 saat

Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir