Fazil Mustafaya sui-qəsd ittiham olunanın oğlu məhkəmədə

Əbülfəz Səricanovun Məhkəmə Prosesi Başlayır

Milli Məclisin deputatı Fazil Mustafaya qarşı sui-qəsddə təqsirləndirilərək ömürlük cəzaya məhkum edilmiş Azər Səricanovun oğlu Əbülfəz Səricanovun məhkəmə prosesinə start verilib. Oktyabrın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində Əbülfəz Səricanovun işi üzrə hazırlıq iclası keçirilib. İclasda təqsirləndirilən şəxsin müdafiəçisi Bəxtiyar Hacıyev həbs qətimkan tədbirinin dəyişdirilməsi və məhkəmə istintaqının ictimaiyyətə açıq keçirilməsi barədə vəsatətlər irəli sürüb. Məhkəmə həmin vəsatətləri təmin etməyib. İş üzrə ilk baxış iclası oktyabrın 16-na təyin olunub. Əbülfəz Səricanov Cinayət Məcəlləsinin dövlət və ya ictimai xadimin həyatına sui-qəsd etməyə hazırlıq maddəsi ilə ittiham olunur. İddialara görə, o, bir sıra dövlət və ictimai xadimlərin həyatına sui-qəsd planlaşdırıb. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat tədbirləri sayəsində bu cinayət planının qarşısı vaxtında alınıb.

Fazil Mustafa Sui-Qəsdinin Təfərrüatları Və Cəzalar

Xatırladaq ki, Azər Səricanov ötən ilin avqustunda deputat Fazil Mustafaya qarşı sui-qəsd cəhdində təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum edilmişdi. Hadisə 2023-cü il martın 28-də baş vermişdi. Fazil Mustafa Zabrat qəsəbəsindəki evinin qarşısında güllələnərək çiyin və bud nahiyəsindən yaralanmışdı. Bu olayla bağlı beş nəfər həbs edilmişdi. İddianaməyə görə, sui-qəsd planı İranda müzakirə edilmiş və bu məqsədlə Bakıya 30 min dollar vəsait göndərilmişdi. Sui-qəsdin təşkilində ittiham olunan Azər Səricanova ömürlük, digər dörd nəfərdən birinə 4 il, qalan üç nəfərə isə 18 ildən 20 ilədək azadlıqdan məhrumetmə cəzası verilmişdi. Təqsirləndirilən şəxslər yuxarı məhkəmə instansiyalarına şikayət etsələr də, qərar dəyişməz qalıb. Həbs edilənlər Fazil Mustafaya atəş açdıqlarını təsdiqləsələr də, hadisənin İrandan gələn sifariş olmadığını iddia ediblər. Onlar deputatı öldürmək niyyətində olmadıqlarını, sadəcə, onun dini mövzuda səsləndirdiyi fikirlərə görə sələfi cərəyanına yaxın şəxslərin onu cəzalandırmaq istədiklərini bildiriblər.

24 saat

Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir