) istifadə etməmək tövsiyə olunur. Fransa: Baş nazir az, Macron da getsin

Fransanın küçələrindən Makron çağırışı: “Baş nazir bəs deyil, Makron da getsin!”

Fransada Çərşənbə günündən bəri davam edən etirazlar zamanı minlərlə nümayişçi avtomobil yollarını bağlayıb, barrikadalar qurub və yer-yer polislə toqquşub.

Ölkədə azalan rifah səviyyəsindən və siyasi durğunluqdan şikayət edən etirazların hədəfində Prezident Emmanuel Makron, siyasi elitalar və hökumətin qənaət planları olub. Ölkə daxilində 80 mindən çox polis qüvvəsi yerləşdirilib. Parisdə polis dəfələrlə gözyaşardıcı qazdan istifadə edib, 200-ə yaxın şəxs isə nəzarətə alınıb.

Lakin “Hər şeyi dayandır!” hərəkatının qarşısı alına bilməyib. Nümayişçilər Fransa küçələrini xaosa sürükləyərkən, yeni Baş nazir Sebastyan Lekornuya vəzifəsinin çətinliyini xatırladıblar.

Xalqın İstəyi: Kökülü Dəyişiklik

Bu etirazlar bir il ərzində dördüncü dəfə baş nazir seçilən Lekornunun vəzifəyə başladığı gün siyasi böhrana yeni bir ölçü qatdı. Lekornu, sələfi Bayrunun parlament tərəfindən büdcə kəsintiləri səbəbindən etimadsızlıq səsverməsi sonrası vəzifəsindən azad edilməsi ilə təyin edilmişdi.

Xalq üçün nə Lekornu, nə də Bayru vacibdir. Əsl narazılıq bir çoxları üçün Makrona yönəlib. Xalq, Baş nazirlə yanaşı, Prezident Emmanuel Makronun da istefasını tələb edir.

Fransanın büdcə kəsiri Avropa İttifaqının müəyyən etdiyi sərhəddin iki qatına çatıb və dövlət borcu milli gəlirin 114 faizinə bərabərdir. Bu büdcə kəsiri isə xalqın cibindən alınan pullarla ödənilir. Makron hökuməti ölkə məşğulluğuna təsir etməmək üçün böyük şirkətlərin vergilərini artırmaq istəmədiklərini bildirir. Bu vəziyyət xalqın qəzəbini son həddə çatdırıb.

“Dözə Bilmirik!”

Parisdə lisey tələbələri və gənclər də kütləyə qoşulub. Ölkə daxilində 300-dən çox şəxs nəzarətə alınıb. Barrikadalar və yandırılan avtomobillər yolları bağlayıb.

Daxili İşlər Naziri Bruno Retailyo 200 min insanın küçələrə çıxdığını bildirib və hərəkatı “əhəmiyyətli” hesab etdiyini, lakin “ölkəni iflic etməyi bacarmadığını” deyib.

Bu sözlərə cavab olaraq, Parisin Şimal Qarı (Gare du Nord) stansiyasının önünü bağlayan gənclər Makron əleyhinə şüarlar səsləndirib. AFP-yə danışan Sorbonna tələbəsi Emma Meqerdityan, “Biz buradayıq, çünki artıq dözə bilmirik” deyərək hökumət dəyişikliyi tələb edib.

“Sarı Jiletlilər” Dildə Yox, Ağıllardadır

Ölkənin qərbində, Nantsda təkərlər yandırılaraq avtomobil yolu bağlanıb, Rennedə bir avtobus oda verilib. Monpelyedə polis barrikadalar quranları dağıtmaq üçün qazdan istifadə edib.

Paris mərkəzində, Şatele ətrafında toqquşmalar baş verib və bir binada yanğın başlayıb. Hərəkat tez-tez 2018-ci ildə vergilər və həyat bahalığı səbəbilə başlayan “Sarı Jiletlilər” hərəkatı ilə müqayisə edilir.

Lakin gənclərin əksəriyyəti bu müqayisəni rədd edir. Küçələrə axışan nümayişçilər arasında indiki şüar “bizə pis bir dünya miras qoydular, biz onu dəyişdirəcəyik” olub.

24 saat

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *