) istifadə etməmək tövsiyə olunur. Süni intellekt seçdi, arzulara çatdı

Həyat Seçimini Süni İntellektə Buraxdı, Arzuları Gerçəkləşdi

Güney Fransanın tarixi qəsəbəsi Uzès, ABŞ-da doğulmuş Julie Neisin həyatını kökündən dəyişdirib. Neis indi hər səhər mənzilindən çıxır, qəsəbənin mərkəzindəki Place aux Herbes-də qəhvəsini içir və şəhərin tarixi quruluşunu heyranlıqla seyr edir. Daha sonra köhnə küçələrdə gəzir, dostları ilə görüşür, həftədə iki dəfə qurulan bazara gedib alış-veriş edir.

Neis hazırda yaşadığı həyatı “Həqiqətən də sehrli bir yerdir. Belə bir həyatın içində olduğuma hələ də inana bilmirəm” deyə təsvir edir.

Karyera yüksəlişindən sonra gələn tükənmişlik

Julie Neisin Fransa ilə əlaqələri uşaq yaşlarında başlayıb. Texasda böyüyən Neis, məktəbdə fransızca öyrənib, bir il ölkədə təhsil alıb və 2004-cü ildə Parisə köçüb. Beş il Parisdə yaşadıqdan sonra ABŞ-a qayıdıb, texnologiya sahəsində uğurlu karyera qurub. İşindən və maaşından məmnun olsa da, tez-tez səyahət etməsinə baxmayaraq, sonda tükənmişlik yaşayıb.

“Narahatlıq, depressiya və xroniki yorğunluqla üzləşdim. Özümü boş bir qabıq kimi hiss edirdim” deyən Neis, artıq dəyişikliyə ehtiyac olduğunu anlayıb və Fransa onu həmişə özünə çəkib. Lakin hansı qəsəbəyə köçəcəyi barədə qərar verə bilməmişdi.

Həyatını dəyişdirən Yapay zəka qərarı

Məhz o zaman ChatGPT Neisin köməyinə çatıb. Neis, keçmişi, dəyərləri və xəyalları haqqında süni intellektə məlumat verib: Daha sakit bir yaşam, yaxşı hava, bazarlar və beynəlxalq bir icma istədiyini bildirib. Yapay zəka ona iki qəsəbə təklif edib: Sarlat-la-Canéda və Uzès. Qərarsız qaldıqda, seçimi yapay zəkaya buraxıb və Uzès seçilib.

Uzèsdə yeni bir başlanğıc

Köçmə prosesi gözlənildiyi qədər çətin olmayıb. Neis, Passeport Talent (Fransız olmayan vətəndaşlar üçün şəxsin keyfiyyətləri nəzərə alınaraq verilən bir növ yaşayış icazəsi) üçün müraciət edib və icazə aldıqdan sonra köçmək asanlaşıb. Mart ayında Nitsaya uçub, qatarla Avinyona gedib və oradan avtomobil ilə Uzèsə çatıb. Qəsəbəyə ilk addım atanda, “Bəli, başlayırıq,” deyib. ChatGPT-nin seçimi doğru çıxıb; qəsəbəni gəzərək dolaşmaq, insanların səmimiyyəti və günəşli hava onu dərhal təsirləyib.

Neisin dediklərinə görə, Fransada həyat, ümumiyyətlə daha ucuz olsa da, maaşlar aşağı, qiymətlər isə yüksəkdir. Amerika rahatlığına öyrəşsə də, bütün bunlara baxmayaraq Neis xoşbəxtdir. “Yapay zəka sayəsində həyatım dəyişdi, yepyeni bir həyat qurdum” deyir.

24 saat

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *