Üç illik sevgi münasibəti yaşayan tanınmış aktrisa Hande Erçel ilə cəmiyyətin diqqət mərkəzində olan subaylarından Hakan Sabancı yollarını ayırıb. Erçel, Instagram səhifəsindən Sabançının bütün fotolarını silib. İddialara görə, ayrılığın əsas səbəbi “evlilik böhranı” olub. Aktrisa Hande Erçel münasibətlərini rəsmiləşdirmək istəsə də, Hakan Sabançının anası Arzu Sabancının bu evliliyə razılıq verməməsi cütlüyün ayrılığı ilə nəticələnib.
Arzu Sabancıdan Sirli Paylaşım
Ayrılıq xəbəri yayıldıqdan sonra Arzu Sabancı sosial şəbəkədə “Cəhalət də yuxu kimidir. Səni oyadan şəxsə ilk reaksiyan qəzəb olur” qeydini paylaşıb. Bu paylaşımın, münasibətlərinin bitməsinə səbəb olduğu üçün özünə qəzəblənən oğlu Hakan Sabancıya ünvanlandığı güman edilir. Bildirilir ki, Arzu Sabancı Hande Erçeli ailələrinə uyğun gələn biri kimi görməyib.
Ayrılıqdan Sonra Şən Doğum Günü Məclisində
Hər kəs cütlükdən açıqlama gözləyərkən, Hakan Sabancı ötən axşam dostunun doğum günü mərasiminə qatılıb. Şən əhval-ruhiyyəsi ilə diqqət çəkən Sabançının kefi yerində olub.
Bir cavab yazın