Mauro İkardi kilo söz-söhbətlərinə cavab verdi
“Qalatasaray”ın argentinalı ulduzu Mauro İkardi sosial media hesabında maraqlı paylaşım edərək gündəmə düşüb. Uzun müddət davam edən zədəsindən sonra bu mövsüm hazırlıq düşərgəsini yaxşı keçirmək istəyən İkardi, onun haqqında çıxan “kilo problemi” xəbərlərinə cavab verib.
Ulduz futbolçudan kilo atmacası
Son mövsümdə ağır zədə səbəbindən uzun müddət meydanlardan uzaq qalan və “Qalatasaray”da komanda kapitanlığına gətirilən İkardi, paylaşımında artıq çəkili və fit vəziyyətini birgə istifadə edərək, “Futbolsuz keçən 7 ayın ardından, məndən nifrət edənlərin gözləntisi və gerçək” ifadələrini işlədib.
Süni intellektlə şişmanladılmış foto ilə cavab
Süni intellekt vasitəsilə şişmanladılmış bir fotosunu və düşərgədəki fit halını paylaşan İkardi, kilo reaksiyalarına ironik bir paylaşımla cavab verib. Futbolçunun bu paylaşımı qısa müddətdə sosial medianın gündəminə çevrilib.
Leave a Reply