Tehranın Vaşinqtona Cavabı
Fars Xəbər Agentliyinə müsahibə verən, adının çəkilməsini istəməyən yüksək rütbəli rəsmisi, ABŞ prezidenti Donald Trampın təklif etdiyi atəşkəs planını “tamamilə yanlış” adlandırıb. Rəsmi, bu təklifin Vaşinqtonun bölgədəki hərbi bazalarına son hücumların ardınca yaşadığı “aşağılanmadan” ictimaiyyətin diqqətini yayındırmaq məqsədi daşıdığını vurğulayıb.
Atəşkəs İddiaları və İranın Reaksiyası
Adı açıqlanmayan məmur bildirib ki, Tehran tərəfindən heç bir rəsmi və ya qeyri-rəsmi atəşkəs təklifi irəli sürülməyib. O, media vasitəsilə yayılan bu iddialara cavab olaraq, İran İslam Respublikasının yaxın saatlarda sionist rejimə (İsrailə) bu iddiaların əsassızlığını əməli şəkildə, yerindəcə göstərəcəyini açıqlayıb. Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp qısa müddət əvvəl İsrail ilə İran arasında “tam və eksiksiz atəşkəs” əldə edildiyini və bununla da müharibənin başa çatdığını bildirmişdi.
Bir cavab yazın