İrem Helvacıoğlu ana oldu, qızına verdiyi ad

Aktrisa İrem Helvacıoğlu ana oldu

“Güneşin Kızları”, “Seni Çok Bekledim”, “Sen Anlat Karadeniz” və “Karadut” kimi məşhur layihələrdə rol alan İrem Helvacıoğlu 2024-cü il oktyabrın 28-də iş adamı Ural Kasparla ailə həyatı qurmuşdu. Cütlük nikahdan qısa müddət sonra xoş xəbəri, yəni övlad gözlədiklərini elan etmişdi. Aktrisa ötən gün səhər saatlarında qız övladını dünyaya gətirərək ana olmaq sevincini yaşadı.

Körpənin adı və ilk paylaşımlar

Təzəcə ata olan Ural Kaspar doğuşdan sonra sosial media hesabında etdiyi paylaşımla övladlarının adını açıqladı. O, “Qızımız Sora ötən gün səhər dünyaya gəldi və onu sağlamlıqla qucağımıza aldıq. İrem və Soranın səhhətləri yaxşıdır. Bu müddətdə bizi axtaran, mesaj yazan və yanımızda olan bütün dostlarımıza və ailələrimizə təşəkkür edirik. İrem övladını əmizdirməkdən fürsət taparsa, özü də zənglərə cavab verəcək”, – deyə qeyd etdi. Aktrisa və körpəsinin sağlamlıq durumlarının yaxşı olduğu bildirilir. Bu xoş xəbər cütlüyün pərəstişkarları tərəfindən böyük sevinclə qarşılanıb.

Aktrisa karyerası boyunca müxtəlif obrazları canlandıran Helvacıoğlu, indi də ana rolunda özünü sınayacaq.

24 saat

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *