“Güneşin Kızları”, “Seni Çok Bekledim” və “Sen Anlat Karadeniz” kimi sevilən layihələrdə yaddaqalan obrazlar yaratmış İrem Helvacıoğlu ötən ilin oktyabr ayında Suadiyə bölgəsində təşkil olunan, təxminən 80 nəfərin iştirak etdiyi bir mərasimlə ailə həyatı qurub. Sənətçinin bu qərarı cəmiyyətdə maraqla qarşılanıb.
Evlilik qərarı ilə bağlı detalları bölüşən İrem Helvacıoğlu jurnalistlərə açıqlamasında bildirib: “Ənənəvi bir evlilik təklifi olmadı. Bu, daha çox aramızda uzun müddət müzakirə etdiyimiz, danışdığımız bir mövzu idi. Qarşılıqlı şəkildə bütün məsələləri dəyərləndirdik və sonda evlənmək qərarına gəldik. Amma etiraf edim ki, ilk təklifi mən etmişəm.”
Aktyorun həyatında baş verən sevindirici hadisələr bununla bitməyib. Bir neçə ay əvvəl ana olmağa hazırlaşdığını, daha doğrusu, qız övladı gözlədiyini elan edən Helvacıoğlunun həyəcanı gündən-günə artmaqdadır. İlk dəfə övlad sahibi olmaq təcrübəsinə yola çıxan sənətçi bu yeni dövrü böyük coşğu ilə yaşayır.
Hamiləlik dövrünü aktiv keçirən sənətçi sosial media hesabından – Instagram səhifəsindən karnı burnunda, bikinili fotolarını izləyiciləri ilə paylaşıb. Bu şəkillər onun xoşbəxt hamiləlik anlarını əks etdirib.
Helvacıoğlunun bu fotoları sosial şəbəkələrdə böyük rezonans doğurub və qısa zamanda minlərlə bəyənmə və şərh alaraq geniş maraqla qarşılanıb.
“Çəkilişlərə Tezliklə Qayıdacağam”
Övladına qovuşmağı səbirsizliklə gözləyən aktyor ötən həftələrdə çəkiliş meydançalarına qayıdıb-qayıtmayacağı ilə bağlı sualları cavablandırıb. O bildirib: “Əgər övladım sağlam şəkildə dünyaya gələrsə və mənim də sağlamlığım buna imkan verərsə, əlbəttə ki, mən tezliklə setlərə qayıtmaq arzusundayam. Yaradıcılıq fəaliyyətimə ara vermədən davam etmək istəyirəm.”

Leave a Reply