Kənanı illər əvvəl “Fənərbaxça” rədd edib

Futbol dünyasında Kenan Yıldız ətrafında sensasiyalı iddia: “Fənərbaxça”nın keçmişdəki səhvi üzə çıxdı

## Gənc ulduzun “Fənərbaxça” tərəfindən rədd edilməsi iddiaları

Son zamanlar “Yuventus” və Türkiyə milli komandasındakı çıxışları ilə diqqət mərkəzinə düşən gənc Kenan Yıldız haqqında şok bir iddia ortaya atılıb. Futbolçunun Türkiyədəki nümayəndəsi Doğan Ercan, “Fənərbaxça” klubunun Kenan Yıldızı, onun “Bayern Münhen”in gənclər komandasında oynadığı dövrdə rədd etdiyini bildirib.

## “Nə ulduzu, Qütb ulduzu mu?!”

Radyosporun canlı yayımında danışan Doğan Ercan, Kenan Yıldızın “Fənərbaxça”ya təklif edildiyini, lakin o dövrün idarəçisi tərəfindən ciddiyə alınmadığını açıqlayıb. Ercan, transfer prosesi ilə bağlı bunları deyib:

“Kenan Yıldız əsl ulduz olduğunu sübut etdi. “Bayern Münhen”in gənclər komandasında oynadığı zaman onu “Fənərbaxça”ya gətirmək istəyirdim. Adını çəkmək istəmirəm, amma o dövrdəki idarəçi, ‘Kimdir o Kenan, nə ulduzudur, Qütb ulduzu mu?! Bura “Fənərbaxça”dır, bu uşaq bizdə necə oynaya bilər’ deyərək lağa qoydu. Amma o idarəçi yox ikən də biz “Fənərbaxça”da var idik, indi də varıq. Nə ulduzu dediyi Kenan Yıldız indi Avropanın ən bahalı oyunçularından biridir.”

## Kenan Yıldızın möhtəşəm mövsümü

Bu mövsüm “Yuventus” formasıyla 12 oyuna çıxan 20 yaşlı ulduz futbolçu, 5 qol və 6 asistlə diqqət çəkib.

Kənan Yıldız

24 saat

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *