Lara Kamhi şiddətə məruz qaldığını açıqladı
Cəmiyyət həyatının tanınmış simalarından Cefi-Yasemin Kamhinin rejissor qızı Lara Kamhi, illər əvvəl məişət zorakılığına məruz qaldığını ictimaiyyətə bildirib. O, keçmiş sevgilisi Volkan Büyükhanlı tərəfindən şiddət gördüyünü dilə gətirib.
“Bəlkə də, tam zamanıdır”
Kamhi, sosial media hesabında 19 il əvvəl yaşadığı travmatik hadisəni belə nəql edib: “Bəli, bəlkə də tam zamanıdır. Hər kəs içindəkiləri dilə gətirərkən, bu, ya araya qarışacaq, ya da gündəm olacaq, amma qoy məndən çıxsın. Yaşım 19 idi, illərlə bacımdan ayrı qalmışdım və nəhayət Türkiyəyə gəlmişdi, lakin yaş fərqimiz çox idi, mənimlə vaxt keçirmirdi. İndi evli olduğu şəxs, o zaman sevgilisi idi. Sevgilisinin də yaxın dostu məndən xoşlanırdı. Birlikdə keçən bir neçə ay ərzində bu şəxsin narkotik asılısı olduğunu öyrəndim və ondan ayrıldım.”
“Boğazımı sıxıb öldürməyə çalışdı”
Lara Kamhi əlavə edib: “And içdi ki, bir daha mənə əl vurmayacaq, mən də ona ikinci bir şans verdim. O vaxtlar mən musiqi ilə məşğul olur, studiyalara gedib-gəlirdim. Bir gün birlikdə işlədiyim şəxs mənə ‘səni dinləmək günəşə baxmaq kimi idi’ deyə mesaj göndərdi. Bu mesajı ilk o gördü, telefonu əvvəlcə başıma atdı, anamı aratdırıb ‘evə gəldim’ dedirtdi, sonra telefonumu qırıb qapıları bağladı, pərdələri endirdi və dörd saat ərzində mənə şiddət tətbiq etdi. Dəfələrlə boğazımı sıxıb öldürməyə çalışdı. Necəsə onu razı salıb qaçdım. Nəticə isə deformasiya olmuş üz, qırılmış qol, beyin travması, çıxmış çənə idi.”
“Ailəm hadisə böyüməsin deyə şikayət etdirmədi”
Dövrün mətbuatı, Kamhinin yaşını və yaşadıklarını nəzərə almadan dəhşətli xəbərlər yazdı, hadisəni absurd bir səviyyəyə çatdıraraq onu hədəfə çevirdi. Məşhur sima olan valideynlərinin ailəsi isə, hadisənin daha da böyüməməsi üçün onu şikayət etdirmədi. Mövzu bir daha açılmadı. Bu gün bu cəzasızlıq nəticəsində sözügedən şəxs cəmiyyətdə alqış alan ‘nümunəvi insan’ kimi qəbul edilir. Amma ən pisi nədir, bilirsiz? Bütün bunları hər kəs bilir. Sonrası daha da pisdir, lakin o qədərini danışmağa bu gün gücüm yoxdur. Sözügedən şəxsin adını belə dilimə almıram.

Leave a Reply