Məşhur sənətçi səkkiz aya 25 kq arıqlayaraq, çimərlik geyimində cazibədar şəkillərini nümayiş etdirdi

Məşhur sənətçi səkkiz aya 25 kq arıqlayaraq, çimərlik geyimində cazibədar şəkillərini nümayiş etdirdi

“Min bir Gecə” serialının çəkiliş meydançasında tanış olaraq eşq macərası yaşayan Bergüzar Korel və Halit Ergenç cütlüyü 2009-cu ildə ailə həyatı qurmuşdu.

16 illik xoşbəxt evliliklərini davam etdirən və Ali, Xan, Leyla adlı üç övladı olan məşhur cütlükdən Korel, son vaxtlar verdiyi kilolarla gündəmə gəlir.

Məlumata görə, 8 ay ərzində 25 kiloqram çəki atan Bergüzar Korel heç bir əməliyyat keçirməyib; hər gün 2 saat piyada gəzir və 1 saat üzür.

Bu fiziki fəaliyyətlərlə yanaşı, nizamlı və sağlam qidalanmağa davam edən aktrisa hazırda Marmarisdə yay istirahətindən zövq alır. Ötən gün qara bikinidə çəkdirdiyi fotoları İnstagram hesabında paylaşan aktrisanın son görünüşü bəyəni topladı.

“BƏDƏNİMİ MƏN YÖNƏDİRƏM”

Aktrisa Bergüzar Korel daha əvvəl etdiyi bir paylaşımda **kilo vermə** prosesi ilə bağlı belə bildirmişdi:

“Artıq hazıram. Öz istədiyim vaxtda, öz istədiyim şəkildə **kilo vermə** prosesinə başladım. Bədənimi necə görmək istəyirəmsə, necə xoşbəxt hiss edəcəmsə… Tamamilə öz idarəmdə və nəzarətimdə, heç bir stressə girmədən, hamiləliyimin mənə buraxdığı 10 kiloqramla vidalaşmaq qərarına gəldim.”

24 saat

Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir