) istifadə etməmək tövsiyə olunur. Ay iddiasına NASA-dan məşhura kinayə

Məşhurun “Aya gedilməyib” iddiasına NASA-dan zarafatlı reaksiya

Kim Kardashianın şübhələri və komplo nəzəriyyəsi

Məşhur sima Kim Kardashian 1969-cu ildə Nil Armstronq və Bazz Oldrinin iştirak etdiyi “Apollo 11” missiyası barədə maraqlı iddialar irəli sürüb. O, Ay səfərinin “həqiqi olmadığını” düşündüyünü bildirərək, komplo nəzəriyyələrinə olan marağını ifadə edib.

Kardashian televiziya proqramında bunları qeyd edib: “Mənim həmişə komplo nəzəriyyələrinə marağım olub. Bazz Oldrin qorxmamışdı, çünki eniş heç vaxt baş verməyib. Məncə, bu, tamamilə saxta idi. Mən Bazz Oldrinin aya heç vaxt getmədiyinə işarə etdiyi videoları izləmişəm. O, artıq müsahibələrində də bunu tez-tez deyir. Bəlkə də Bazz Oldrini tapıb bunu ona soruşmalıyıq.”

NASA-dan qəti cavab: “Bəli, Aya getdik… Altı dəfə!”

Kardashianın sözləri qısa müddətdə sosial mediada geniş əks-səda doğurub. NASA-dan isə cavab gecikməyib. Qurumun müvəqqəti rəhbəri Şon Daffi (Sean Duffy) “X” sosial media platforması vasitəsilə Kim Kardashianı etiketləyərək bu fikirləri bölüşüb:

“Bəli, Ay səfərini həyata keçirdik… Həm də altı dəfə.”

“Artemis” vurğusu və xüsusi dəvət

Daffi paylaşımında NASA-nın hazırkı kosmos proqramı olan “Artemis”ə də istinad edib və açıqlamasını belə davam etdirib: “Son kosmik yarışı biz qazandıq, bu yenisini də biz qazanacağıq.”

NASA rəhbəri bununla da kifayətlənməyib. O, Kim Kardashianı Kennedi Kosmos Mərkəzində keçiriləcək “Artemis” buraxılış mərasiminə dəvət edərək, agentliyin fəaliyyətini yerində görməsi üçün ona bir fürsət təqdim edib. Kardashianın bu dəvəti qəbul edib-etməyəcəyi isə hələlik açıqlanmayıb.

24 saat

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *