Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkda keçirilən Baş Assambleyası zamanı Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaraa və İtaliyanın Baş naziri Giorgia Meloni arasında baş tutan görüş geniş müzakirələrə səbəb olub.
Bəyanatları ilə yanaşı, verdiyi pozalarla da tanınan İtaliyanın Baş nazirinin Şaraaya baxışları sosial şəbəkələrdə sürətlə yayılıb.
Lakin bu baxışların səbəbi hörmət və ya sevgi deyil, daha çox bir üzrxahlıq xarakteri daşıyırdı. Çünki Meloni, Esad rejimi devrilməzdən bir neçə ay əvvəl bu “qanlı rejim” ilə münasibətlərini normallaşdırmağa çalışırdı.
Meloninin Baxışlarının Səbəbi
Suriya vətəndaş müharibəsinin sona çatmasından az öncə Giorgia Meloni, Əhməd əl-Şaraanı və Suriyada hakimiyyəti ələ keçirən “HTŞ” adlı sələfi meyilli təşkilatı İŞİD ilə eyniləşdirmişdi. O, “terrorçuların Suriyadakı xristianları təhdid etməsinə icazə verə bilmərik” deyərək, həmçinin Esad rejimi ilə də danışıqlara başlamışdı.
Meloni, Esad rejiminə qarşı Avropa sanksiyalarının ləğv edilməsi üçün də danışıqlar aparmışdı.
Lakin Əhməd əl-Şaraanın vətəndaş müharibəsində qələbə qazanaraq Şamın idarəçiliyinə keçməsi, Meloninin Esad rejimi ilə normallaşma səylərinin puça çıxmasına səbəb oldu.
Bir müddət əvvəl Əhməd əl-Şaraanı faktiki olaraq terrorçu adlandıran Meloni, indi onunla üz-üzə oturaraq gülümsəyir. Bu baxışlar isə “aşiq olmuş kimi baxmaq” olaraq şərh edildi.
Leave a Reply