Fənərbaxçada Mourinho dönəmi başa çatdı
Mourinho ilə yollar ayrıldı
Türkiyənin “Fənərbaxça” futbol klubu və portuqaliyalı baş məşqçi Joze Mourinyo arasında olan əməkdaşlıq rəsmən sona çatıb. Klub rəhbərliyi bu barədə ictimaiyyətə açıqlama verib.
Klubun rəsmi internet səhifəsində yayımlanan məlumatda deyilir: “Peşəkar Futbol A Komandamızın 2024-2025 mövsümündən etibarən texniki direktorluq vəzifəsini icra edən Joze Mourinyo ilə yollarımız ayrılıb. Özünə indiyə qədər komandamız üçün verdiyi töhfələrə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq”.
Mourinho‘nun “Fənərbaxça”dakı statistikası
Joze Mourinyo “Fənərbaxça”nın baş məşqçisi postunda ümumilikdə 62 oyuna çıxıb. Bu oyunlarda 37 qələbə qazanan komanda, 14 dəfə heç-heçə edib və 11 məğlubiyyət yaşayıb. Portuqaliyalı mütəxəssisin rəhbərliyi altında komanda orta hesabla 2.02 xal toplayıb.

Leave a Reply