Tanınmış müğənni Ayla Başar, ifa etdiyi “Hoşgeldin”, “Sen de Bizdensin”, “Vardar Ovası”, “Sarmaşık Güller” və “Köylü Güzeli” kimi mahnıları ilə geniş kütlələrə tanınırdı. Onun səmimi ifaları dinləyicilər tərəfindən hər zaman rəğbətlə qarşılanırdı.
Lakin sənət dünyasından kədərli bir xəbər gəlib. Film-San Vəqfi rəsmi sosial media hesabları vasitəsilə Ayla Başarın dünyasını dəyişdiyini ictimaiyyətə açıqlayıb.
Vəqfin paylaşımında sənətçinin yaxınlarına başsağlığı verilərək deyilir: “Ayla Başara Allahdan rəhmət diləyir, onun ailəsinə və sevənlərinə dərin hüznlə başsağlığı veririk.”
UZUN MÜDDƏT MÜALİCƏ ALIRDI
Ayla Başarın yaxın dostlarından biri də sənətçi ilə bağlı hisslərini bölüşərək bildirib: “Əziz dostum Ayla Başar uzun müddətdir müalicə aldığı ağır xəstəlik nəticəsində Haqqın rəhmətinə qovuşdu. Allah rəhmət eləsin, məkanı cənnət olsun.”

Leave a Reply